Yağlanma və çirklənməyə ən çox məruz qalan orqanlar
1. 421 dəfə baxılıb
Bədən üzvlərimiz içərisində ən çox yağlanmaq və çirklənməyə məruz qalan orqanlarımız – böyrək və qaraciyərimizdir.
Biz meyvələrin yardımı ilə onları təmizləyib, fəaliyyət qüvvəsini gücləndirə bilərik.
Əgər böyrəyimizin və qaraciyərimizin sağlam olmasını istəyiriksə, gərək sağlam qidalanaq. Duz və yağlı yeməklər həmişə sağlamlığa ziyan vurmuşdur, onlardan uzaq olaq, idman edək, siqaret çəkməyək, stressi özümüzdən uzaq edək.
Qarpız.
Qarpız sulu və dadlı meyvələrdəndir ki, həm böyrəklərimizi və həm də qaraciyərimizi təmizləyər. Sidikqovucu olduğu üçün bədəndəki toksinləri dəf edər. Yadda saxlayın ki, yetişmiş və qırmızı rəngli qarpızı yemək lazımdır.
Moruq və çiyələk.
Bu meyvələrin şirəsi böyrək və qaraciyər üçün çox faydalıdır. Bu xırda meyvələrin tərkibində anti-oksidantlar mövcuddur ki, bədəndə olan toksinləri dəf edər. Bu meyvələr bakteriya yığılmasının qarşısını alar, mədə və bağırsaqlar üçün də çox faydalıdır.
Limon.
Limon təbii dərmanlardan biri hesab olunur. Limon suyu böyrək və qaraciyər üçün çox faydalıdır. Əgər qaraciyəriniz piylənibsə, bu meyvəyə etimad edə bilərsiniz. Bu meyvənin tərkibində çoxlu vitaminlər və minerallar vardır ki, böyrəyi və qaraciyəri gücləndirir. Limon, yeməyin rahat həzm olmasına yardım edir.
Alma.
Alma haqqında nə qədər danışsaq, yenə də azdır. Fərqi yoxdur yaşıl alma olsun, yoxsa qırmızı. Bu gözəl meyvə böyrək və qaraciyər üçün çox faydalıdır. Ürəyinizə xəstəliklərdən nicat verər. Həkimlər tövsiyə edirlər ki, hər səhər acqarına bir ədəd alma yeyəsiniz. Almanı qabığı ilə yemək faydalıdır. Çünki vitaminləri qabığındadır.
Qırmızı üzüm.
Üzümlərin içərisindən qırmızı üzümü seçməyi tövsiyə edirik. Çünki ən çox anti-oksidantlar onun içində olur. Ağ üzümlə müqayisədə daha çox təsirlidir. Bu meyvənin tərkibində olan vitaminlər və mineral maddələr də toksinlərin dəf edilməsinə yardım edər. Qırmızı üzümün tərkibində 80% su vardır və ona görə də üzüm fəsli başlayan kimi onu yeməyə çalışın. Bu meyvənin şirəsindən də istifadə edə bilərsiniz.
Mənbə: Admiral.az