Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Yaşıl qozun balla qarışığı – çox faydalıdır

İyul 04
16:59 2016

Xalq təbabətində qozun ləpələri, yarpaqları, arakəsmələri, qoz ağacının qabığı müxtəlif xəstəliklər və pozulmalar zamanı uğurla müalicə olunur.

Selefxeber.az Saglamolun.az-a istinadən xəbər verir ki, kal yaşıl qoz çox qiymətli müalicəli məhsuldur. Onun tərkibində olan faydalı maddələr yetişmiş qozla müqayisədə daha çoxdur. Belə ki, yaşıl qoz bir çox vitaminlər (C, B qrupu, E, PP, karotin), minerallar (xüsusilə yod), antioksidantlar, orqanik turşular, yağ turşuları və s. kimi faydalı maddələrlə zəngindir.

Xalq təbabətində yaşıl qozun balla qarışığı “min bir dərdin dərmanı” sayılır və bir çox xəstəliklərin və pozulmaların müalicəsində uğurla istifadə olunur.

Beləliklə, bu qarışıq:

– qalxanvari vəzinin fəaliyyətinə çox müsbət təsir edir,
– qanı təmizləyir,
– qurdqovucu təsir edir,
– qara ciyəri və bağırsaqları təmizləyir,
– artıq çəkidən azad olmağa kömək edir,
– orqanizmi cavanlaşdırır,
– immun sistemini möhkəmləndirir,
– orqanizmə xərçəng əleyhinə təsir edir.

Qarışığın hazırlanması:

1. Bu qarışığı hazırlamaq üçün 1 kq yaşıl goz və 1 kq bal götürülür.
2. Qoz yuyulur, qurudulur, ətçəkən maşınından keçirilir və ya blenderdə əzilir.
3. Əzilmiş qoz hissə-hissə balla qarışdırılır və bankalara yığılır.
4. Qarışığı qəbul etməkdən əvvəl 2 ay ərzində quru sərin yerdə (soyuducuda və ya zirzəmidə) saxlamaq lazımdır (vaxtaşırı olaraq qarışığı qarışdırın).
5. Hazır qarışıq soyuducuda saxlanılır.

Qarışığın istifadəsi:

Hazır qarışıq gün ərzində 3 dəfə 1 çay qaşığı olmaqla qarışıq qurtarana kimi qəbul olunur.
Bu qarışığı istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin.

Sələf Xəbər: Muhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Ey Allahın qulları, müalicə olunun. Çünki ALLAH qocalıqdan başqa dərmansız heç bir xəstəlik verməyib” (İbn Macə).

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 973 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 604 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 082 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 618 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 235 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 643 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 435 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 986 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 492 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 964 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN