Yaşıl rəng beyni işlədir
1. 702 dəfə baxılıb
İnsanlara hər yerdə rahatlıq verən, sakitləşdirən yaşıl rəng təbiətin bir hədiyyəsidir. Bununla bərabər, uzunsürən araşdırmadan sonra yaşıl rəngə baxmağın beyni gücləndirdiyi sübut edilib.
Alimlər min illərdir şəfa mənbəyi olan təbiəti və yaşılı seyr etməyin beyni gücləndirdiyi məsələsini ortaya çıxardıblar.
“Sələf Xəbər” Türkiyə mətbuatına istinadən bildirir ki, Avstraliyanın Melburn Universiteti Psixologiya Kafedrası tərəfindən aparılan tədqiqatda təbiətə və yaşıl rəngə baxmağın beyni gücləndirdiyi araşdırılıb.
Mütəxəssislər yaşıl rəngin beynə təsirlərini açıqlayıb.
Araşdırma qrupundan Kate Li, sadəcə 40 saniyə yaşıla baxmağın belə beyin çalışmasını artırıb qərar verməyi asanlaşdırdığını deyib.
Gün ərzində fərqli mühitlərdə yaşanan stresin beynə birbaşa təsir göstərdiyini açıqlayan mütəxəssislər, açıq sahələrdə keçiriləcək qısa zamanların da psixologiyaya böyük kömək etdiyi qənaətindədirlər.
Digər tərəfdən, ABŞ-da aparılan bir tədqiqatda isə gün ərzində təbiətdə keçiriləcək 12 dəqiqənin doğru qərar verməyə böyük töhfə verdiyi müəyyənləşdirilib.
Sələf Xəbər: Uca Allah buyurur: “O Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxartdı”.(Qurani-Kərim, ”Əla” surəsi, 4-cü ayə)
Uca Allah buyurur: “Onları (ağacları) altından çaylar axan Ədn cənnətləri gözləyir. Onlar orada taxtlara söykənərək qızıl bilərziklərlə bəzənəcək (altun qolbaqlar taxacaq), nazik və qalın ipəkdən (taftadan və qumaşdan) yaşıl paltarlar geyəcəklər. O, nə gözəl mükafat, o (Cənnət) necə də gözəl məkandır!” (Qurani-Kərim, “Kəhv” surəsi, 34-cü ayə)