Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Yayda bu dərmanları qəbul etməyin – DİQQƏT

Avqust 03
18:12 2017

Yay aylarında daha çox soyuqdəyməyə qarşı dərmanlar, xüsusilə antibiotiklər və vitamin tərkibli preparatlar əlavə təsirlər göstərərək orqanizmdə problemlər yarada bilər.

Selefxeber.az-ın məlumatına görə, bunu “Trend“ə Azərbaycan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, dərmanların qəbulu nəticəsində əlavə təsirlərin yaranıb-yaranmayacağı orqanizmdən asılıdır:

“Həssaslığı olan şəxslərdə dərmanlara qarşı allergiya yaranır. Hər bir orqanizm üçün həssas olan dərmanlar var. Əgər kimsə orqanizminin həssas olduğunu bilirsə, yay aylarında özünü dərmanlardan qorumalıdır. Bilməyən şəxs isə dərman qəbulundan əvvəl yarım həb içməklə onun təsirini yoxlamalı, orqanizminin allergiya verib-verməyəcəyini əvvəlcədən müəyyənləşdirməlidir”.

A.Maqsudov deyib ki, allergiya yaradan dərmanların təsirləri onun sınaq məqsədi ilə qəbulundan sonrakı 1-2 saat ərzində özünü göstərir. Bu əlamətlər qaşınma, dəridə qızarma, mədə-bağırsaqda narahatlıq ola bilər.

A.Maqsudov bildirib ki, bu il ərzində KTM-ə dərmanın yaratdığı əlavə təsirlərlə bağlı 248 nəfər müraciət edib.

Onun sözlərinə görə, dərmanların qəbulundan sonra yaranan şikayətlərlə bağlı KTM-ə daha çox qış aylarında müraciətlər edilir:

“Soyuq aylarda soyuqdəyməyə qarşı dərman içənlərin sayı çox olur. Ona görə də yanar-fevral aylarında dərmanların yaratdığı əlavə təsirlərlə bağlı edilən müraciətlər artır. Lakin yay aylarında dərmanların əlavə təsirləri ilə müraciət edən xəstələrin sayında çoxalma qeydə alınmır. Yalnız iyun ayında 11, iyulda 7 nəfər dərmanın yaratdığı allergiya ilə bağlı KTM-ə müraciət edib”.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 139 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 018 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 375 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 028 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 629 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:304. 975 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 875 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 445 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:145. 807 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 454 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN