Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Yayda qidalardan zəhərlənməmək üçün nələrə diqqət etməliyik?

İyun 05
18:20 2017

Qarın ağrısı, ürək bulanma, qusma və ishal kimi şikayətlər qida zəhərlənməsinin xəbərçisidir. Bu əlamətlərin sırasına qızdırma da daxil olarsa, mütləq həkimə getmək lazımdır.

İsti havalarda tez-tez rastlanan sağlamlıq problemlərindən biri də qida zəhərlənməsidir. Ölümə belə, yol açan bu gizli təhlükəyə qarşı necə qorunmalı, nələrə diqqət etməliyik? Selefxeber.az bu haqda tövsiyələri sizə “Ailem.az” saytına istinadən təqdim edir.

Qida zəhərlənməsinin səbəbi nədir?

Qida zəhərlənməsi qidaların səbəb olduğu mədə-bağırsaq sisteminə dair şikayətlərə yol açan infeksion bir xəstəlikdir. Qida zəhərlənməsi yeyilən qidanın tərkibindəki bəzi mikroorqanizm və zəhərlərin (toksin) olması nəticəsində ortaya çıxır. Bundan başqa yeməyin metal və bəzi kimyəvi maddələrlə təmas etməsi zəhərlənməyə səbəb olur. Bəzi qidaların özü də zəhərli ola bilər.

Qida zəhərlənməsi əsasən yay aylarında yaşanır.

Üç şəkildə baş verir:

1. Qidaların üzərindəki mikroorqanizmlərin yeyilmədən əvvəl toksin yaratması nəticəsində baş verən qida zəhərlənməsi

2. Qidalarla alınan mikroorqanizmlərin bağırsaqda yaratdığı toksinlərlə meydana gələn qida zəhərlənməsi

3. Qidalardan qəbul edilən mikroorqanizmlərin bağırsaq divarını işğal və xarab etməsi nəticəsində yaranan zəhərlənmə.

Hansı yeməklərə diqqət etməliyik?

Ət və süd məhsulları, quş əti, sosiska, kolbasa, dondurma, mayonez və souslu yeməklər, kremli tortlar, bir müddət quruda qalmış dəniz məhsulları, yumurta, limonad kimi qidalardan dolayı zəhərlənmə ortaya çıxır.

Qusmaq yaxşıdırmı?

Bəli. Çünki qusma mədənin bağırsaqlara keçməsinə icazə vermədiyi toksin tərkibli qidaların bayıra atılmasıdır. Ancaq qusma az olarsa, toksinlərin hamısı qaytarılmadığından bir qismi bağırsaqlara keçir. Nəticədə ishal yaşanır.

Hansı əlamətləri var?

Ürək bulanma, qusma, qarın ağrısı, ishal kimi şikayətlər çox yaşanır. İshal qoxusuz və qansız olur. Qızdırmanın yüksək olması ciddi qida zəhərlənməsinə işarədir.
Qida zəhərlənməsi çox vaxt 2-3 gün içində yaxşılaşır.

Antibiotik nə vaxt istifadə edilməlidir?

Yüksək qızdırma, qanlı ishal və şiddətli qarın ağrısı varsa, antibiotik istifadə edilə bilər.
Sadə zəhərlənmələrdə antibiotiklərə ehtiyac yoxdur. Qusmaq üçün də dərman istifadə etmək olmaz.

Necə qorunmalı?

İnsanın immunitet sistemi və gigiyenik təmizliyi son dərəcə əhəmiyyətlidir.
Probiotik və prebiotik qidalanma çox vacibdir.
Açıqda satılan qidalardan və sulardan uzaq durun. Qoxusu, rəngi dəyişmiş, kiflənmiş qidaları yemək qəti qadağandır.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:162. 128 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:155. 791 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:013. 568 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:352. 383 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:333. 598 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:302. 594 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:233. 452 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:303. 824 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:143. 132 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:464. 004 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN