Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Yeməkdən dərhal sonra çay içməyin!

Aprel 08
18:37 2016

Çay çox faydalı içkidir. Çay orqanizmin qocalmasını ləngidən antioksidantlarla zəngindir.

Belə hesab olunur ki, çay güclü xərçəngəleyhinə təsirə malikdir. Çay insanı daha gümrah edir, əhval-ruhiyyəni yaxşılaşdırır.

Lakin bəzi hallarda çay orqanizmə fayda deyil, ziyan vura bilər.

“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, ölkəmizdə bir qayda olaraq yeməkdən sonra süfrəyə çay verilir. Bu çox pis adətdir. Məsələ burasındadır ki, çay büzücü maddələr və taninlə zəngindir. Bu maddələr orqanizmə qida ilə daxil olan bəzi maddələrin mənimsənilməsi prosesini pozur. Bu xüsusilə zülallara və orqanizm üçün ən vacib minerallardan biri olan dəmirə aiddir.

Dəmirlə zəngin olan qidalardan sonra çay içən insan dəmirin bağırsaqlar tərəfindən sovrulmasını pozur. Dəmir hemoqlobinin tərkibinə daxildir və orqanizmin bütün hüceyrələrinə həyati vacib oksigenin daşınmasında iştirak edir. Dəmir orqanizmə lazım olandan az miqdarda daxil olunduqda insanda dəmirdefisitli anemiya (qanazlığı) inkişaf edir ki, bu da bir çox pozulmaların inkişafına təkan verir.

Beləliklə, dəmirlə zəngin olan qidalardan dərhal sonra çay içən insan bilmədən öz sağlamlığına ziyan vurur.

Həmçinin qida qəbulundan dərhal sonra içilən çay zülalların da mənimsənilməsini pozur. Zülallar orqanzimin bütün hüceyrələrinin əsas tikinti materialıdır.

Çaydan fayda almaq istəyirsinizsə, çayı qida qəbulunda 20 dəqiqə əvvəl və ya 1 saat sonra için.

Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 210 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 075 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 443 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 089 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 737 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 041 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 935 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 500 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:145. 970 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 511 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN