Yer armudu orqanizmi təmizləyir
1. 783 dəfə baxılıb
Yer armudu (topinambur) olduqca faydalı bitkidir.
Görünüşə görə kartofa oxşayan topinambur orqanizm üçün vacib olan bir çox maddələrlə (vitaminlər, minerallar, pektinlər, amin turşuları və s.) zəngindir.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, yer armudunun tərkibində çoxlu pektinlər var. Bu maddələr mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, ziyanlı maddələrdən təmizləyir, antiseptik, iltihabəleyhinə və ödqovucu təsir edir. Topinambur mədə-bağırsaq sisteminin mikroflorasına müsbət təsir edir.
Böyük şəhərlərdə yaşayan insanların orqanizmində çoxlu miqdarda toksinlər, şlaklar, ağır metalların duzları və s. ziyanlı maddələr yığılır. Orqanizm bu maddələri zərərsizləşdirməyə çatdırmır ki, nəticədə xroniki intoksikasiya inkişaf edir. Xroniki intoksikasiya özünü bu kimi simptomlarla büruzə verir:
– səbəbsiz baş, əzələ, oynaq ağrıları
– dərinin, saçların vəziyyətinin pisləşməsi
– səbəbsiz yorğunluq
– immun sisteminin zəifləməsi və s.
Araşdırmalar sübut edib ki, topinamburun hər gün 2-3 ay ərzində qəbulu xroniki intoksikasiyanın əlamətlərini azaldır. Yer armudu kompot, kisel şəklində istifadə oluna bilər. Onun xoş, şirin dadı var.
Lakin ən yaxşı variant topinamburu çiy halda yeməkdir. Yer armudu yuyulur, soyulur, sürtgəcdən keçirilir və istənilən tərəvəz salatlarına əlavə olunur.
Yer armudunun tərkibində inulin maddəsi var. Bu maddə qanda şəkərin səviyyəsini aşağı salır. Bu səbəbdən topinambur şəkərli diabet xəstələr üçün çox faydalıdır. Onlar hər gün yeməkdən 10 dəqiqə əvvəl topinambur yeməlidir. Bu qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edəcək.
Yer armudu müxtəlif mədə-bağırsaq sistemi xəstəlikləri zamanı çox xeyirlidir. Topinambur köp, ürəkbulanması, qıcqırma zamanı yaxşı kömək edir.
Sələf Xəbər: Heç şübhəsiz ki, ətraf mühit Allahın ən möhtəşəm yaratdıqlarından biridir. Yaşadığımız bu təbiət Allahın bizə əta etdiyi nemətlərdən sayılır.
Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)