Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Yer armudu orqanizmi təmizləyir

Fevral 25
17:38 2016

Yer armudu (topinambur) olduqca faydalı bitkidir.

Görünüşə görə kartofa oxşayan topinambur orqanizm üçün vacib olan bir çox maddələrlə (vitaminlər, minerallar, pektinlər, amin turşuları və s.) zəngindir.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, yer armudunun tərkibində çoxlu pektinlər var. Bu maddələr mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, ziyanlı maddələrdən təmizləyir, antiseptik, iltihabəleyhinə və ödqovucu təsir edir. Topinambur mədə-bağırsaq sisteminin mikroflorasına müsbət təsir edir.
Böyük şəhərlərdə yaşayan insanların orqanizmində çoxlu miqdarda toksinlər, şlaklar, ağır metalların duzları və s. ziyanlı maddələr yığılır. Orqanizm bu maddələri zərərsizləşdirməyə çatdırmır ki, nəticədə xroniki intoksikasiya inkişaf edir. Xroniki intoksikasiya özünü bu kimi simptomlarla büruzə verir:
– səbəbsiz baş, əzələ, oynaq ağrıları
– dərinin, saçların vəziyyətinin pisləşməsi
– səbəbsiz yorğunluq
– immun sisteminin zəifləməsi və s.
Araşdırmalar sübut edib ki, topinamburun hər gün 2-3 ay ərzində qəbulu xroniki intoksikasiyanın əlamətlərini azaldır. Yer armudu kompot, kisel şəklində istifadə oluna bilər. Onun xoş, şirin dadı var.
Lakin ən yaxşı variant topinamburu çiy halda yeməkdir. Yer armudu yuyulur, soyulur, sürtgəcdən keçirilir və istənilən tərəvəz salatlarına əlavə olunur.
Yer armudunun tərkibində inulin maddəsi var. Bu maddə qanda şəkərin səviyyəsini aşağı salır. Bu səbəbdən topinambur şəkərli diabet xəstələr üçün çox faydalıdır. Onlar hər gün yeməkdən 10 dəqiqə əvvəl topinambur yeməlidir. Bu qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edəcək.
Yer armudu müxtəlif mədə-bağırsaq sistemi xəstəlikləri zamanı çox xeyirlidir. Topinambur köp, ürəkbulanması, qıcqırma zamanı yaxşı kömək edir.

Sələf Xəbər: Heç şübhəsiz ki, ətraf mühit Allahın ən möhtəşəm yaratdıqlarından biridir. Yaşadığımız bu təbiət Allahın bizə əta etdiyi nemətlərdən sayılır.
Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 938 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 575 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 044 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 585 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 208 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 614 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 404 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 957 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 462 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 938 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN