Yod çatışmazlığını asanlıqla özünüz yoxlaya bilərsiniz
1. 046 dəfə baxılıb
Dəridə quruluq, əhvalın olmaması, saç tökülməsi, dırnaq kövrəkliyi, bədəndə, üzdə, gözdə şişkinlik, yorğunluq, daim mürgüləmə və.s hallar baş verirsə, bu orqanizmdə yod şatışmazlığına işarədir.
Orqanizmin yod balansının pozulması, qalxanvari vəzin funksiyasını pozur. Bu öz növbəsində nəinki orqanizmə mənfi təsir edir, həmçinin hormonal problemlər yaradır.
“Sələf Xəbər” Atv.az-a istinadən bildirir ki, uşaqlarda yod çatışmazlığı zamanı yorğunluq, fikrini bir yerə çəmləmək problemləri və ağlağanlıq halı yaşanır.
Hepoterioz (qalxanvari vəzin funksiyasının aşağı düşməsidir.)
Gəlin özümüzdə təcrübə aparaq.
Axşam yatmadan öncə sağ qolun çöl tərəfinə (bazu) pambığa batırılmış yodla 10 sm-lik 3 xətt çəkilir. Birinci qalın, ikinci nisbətən zəif, üçüncü lap zəif.
Səhər ən zəif yod xətti bədənə hopmuşsa, deməli orqanizmin yod ehtiyatı var.
Yox əgər həm zəif xətt, həm də nisbətən zəif xətt orqanizmə sorulubsa, o zaman yoda ehtiyac var.
Yox əgər 3 xəttin üçüdə yoxdursa, bu artıq orqanizmin yod aclığından xəbər verir.
Yox əgər 3 xəttin heç biri bədənə sorulmayıbsa, ola bilsin qalxanvari vəzi normal işləmə funksiyasını itirib.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ey Allahın qulları, müalicə olunun! Allah bir xəstəlik göndərmişsə, şübhəsiz, arxasınca müalicə yolunu da göstərmişdir. Bircə xəstəliyin müalicəsi yoxdur, o da qocalıqdır”. (Əbu Davud, Tibb 1; Tirmizi, Tibb 2; İbn Macə, Tibb 1)