Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Yorğunluğu aradan qaldıran nemətlər

Mart 17
18:06 2016

Gərgin iş qrafiki, çoxlu enerji sərf etmək və yuxusuzluq kimi cəhətlər insanın yorulmasına imkan yaradır. Yorğun insan isə, həyatda uğurlu nəticələr əldə edə bilmir.

“Sələf Xəbər” Atv.az-a istinadən sizi gün boyu gümrah saxlaya biləcək məhsullarla tanış edir:

1. Badam

Bu balaca çərəzin tərkibində bitki mənşəli zülallar vardır və onlar sayəsində qanda şəkərin səviyyəsi normal olur, piy nəzarəti ələ alınır. Hər səhər badam yemək sizi gün boyu gümrah saxlayar.

2. Qızıl balıq

Omega 3 maddəsi ilə zəngin olan bu balıq növü beyin və sinir hüceyrərinin sağlamlığını dəstəkləyir. Tərkibindəki faydalı yağlar insanda idrak problemlərinin azalmasına kömək edir.

3. Sitrus meyvələri

Portağal və qreypfrut kimi sitrus meyvələri C vitamini ilə zəngindir. Bu səbəbdən də, beyində oksigen miqdarını artırır və enerjini yüksəltməyə imkan verir.

4. Giləmeyvələr

Qaragilə, moruq və çiyələk kimi bir çox meyvələr enerji mənbəyidirlər. Onların daxilində olan liflər insan bədəninə olduqca faydalıdır və qanda olan şəkər miqdarını azaltmağa kömək edir. Bunun sayəsində insan yorğunluqdan uzaq olur.

Sələf Xəbər: Uca Allah buyurur: “(O mərhəmətli) Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi; (Müəyyən edilmiş yolla) daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi. O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur.” (Müqəddəs Quran, “İbrahim” surəsi, 32-34-cü ayələr)

“Uca Allah ayədə bildirir ki, O, göylərin və yerin əhatəolunmaz ölçülərinə baxmayaraq, onların Vahid Xaliqidir. O, buludları yağış yağdırmağa məcbur edir və bunun sayəsində yer üzündə çeşidli bitkilər bitir. Bu bitkilər insanlar üçün yemək, ev heyvanları üçün isə yem kimi istifadə edilir. Allah insanlara gəmi düzəltməyi öyrətmiş, buna görə onlara güc və bacarıq bəxş etmişdir. O, gəmiləri dənizdə üzməyə məcbur edir ki, insanlar dəniz səyahətlərinə çıxa və uzaq ölkələrə ticarət yükləri və digər ağır yüklər apara bilsinlər. O, çayları yer üzərində axmağa məcbur edir ki, insanlar öz əkin sahələrini suvarsınlar, heyvanlarını sulaya bilsinlər və öz susuzluqlarını aradan qaldırmağı təmin etsinlər. Bununla yanaşı, O, günəşi və ayı yaratmışdır və onlar da bir an belə fasilə vermədən insanların mənafeyinə xidmət edir və öz orbitləri üzrə hərəkət edir. Bunun sayəsində qullar ilin hesabını bilir, öz sağlamlıqlarına baxır, öz heyvanlarının, əkinlərinin və meyvə bağlarının qayğısına qalırlar. Onlar gecələr istirahət edir, dan söküləndə isə Uca Rəbbin nemətlərini axtarmağa gedirlər.
Allah-Təala insanlara onların arzuladıqları və ehtiyac duyduqları hər şeyi vermişdir. O, onlara öz dilləri ilə xahiş etdikləri və ya şəraitin tələbi ilə nemətlər vermişdir. O, onlara müxtəlif və bol-bol hədiyyələr, çeşidli məmulatlar və digər nemətlər əta etmişdir. Əgər insanlar Rəbbinin onlara bəxş etdiyi nemətləri saymağa cəhd göstərsələr, bunu edə bilməzlər. Buna görə də onlar Allahın onlara bəxş etdiyi nemətlərə görə əvəz kimi minnətdarlıq edə bilməzlər. Həqiqətən, insan öz təbiəti etibarı ilə zalım və nankordur. İnsan o dərəcədə zalımdır ki, Allaha itaətsizlik göstərməyə cəsarət edir və Onun qarşısında öz vəzifələrinə başdansovma yanaşır. O, Allahın nazil etdiyi nemətlərinə görə şükür etməkdən boyun qaçırır və ona göstərilən mərhəmətini boynuna almır. Təkcə Allahın düz yola yönəltdiyi möminlər öz Rəbbinə nazil etdiyi nemətlərə görə həmd edir, Onun mərhəmətini etiraf edir və Onun qarşısında öz vəzifələrini yerinə yetirirlər.
Bu və əvvəlki ayələrdə Uca Allah qullarına əta etdiyi çoxsaylı nemətlər haqqında xəbər verir. O, onların haqqına bütövlükdə və ya ayrı-ayrılıqda bildirərək, insanları öz Xeyirxahına minnətdarlıq bildirməyə və Onu xatırlamağa çağırır. O, həmçinin insanları Ona dua ilə müraciət etməyə, gecə-gündüz Ondan xahiş etməyə dəvət edir, çünki insanlar Onun nemətlərindən fasiləsiz olaraq zövq alırlar”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 211 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 075 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 444 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 089 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 737 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 041 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 935 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 501 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:145. 970 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 511 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN