Yumurta qabığının möcüzəvi faydaları
1. 706 dəfə baxılıb
Yumurtanın qabığı ağı və sarısından da faydalıdır. Hətta 1 yaşa kimi körpənin menyusuna onu mütləq daxil etmək lazımdır.
Yumrurta qabığının tərkibinin 90% kalsium karbonatından ibarətdir. Gündəlik qidamızın kasad olduğu mis, dəmir, manqan, fosfor, kükürd, sink və silisium və molibden kimi maddələr ilə zəngindir.
“Sələf Xəbər” Atv.az-a istinadən bildirir ki, Rus alimi V.Karavayev maddələr mübadiləsinin tənzimlənməsində üyüdülmüş yumurta qabığının faydası haqqında efektiv sağlamlıq sistemi işləyib hazırlamışdır. Yumurta qabığı ürək və göz əzələsini möhkəmlədir.
Mədə ağrılarında, astma, artrit, sümük zədələnməsində, qəbz olduqda xüsusilə faydalıdır. Yumurta qabığının tərkibi sümük və dişin tərkibi ilə bənzərdir, buna görə dırnaqlar və dişlər zəiflədikdə onun qəbulu məsləhətdir.
Xüsusilə bu qabığı hamilə qadınlar öz rasionunda istifadə etməlidir. 1 yaşına kimi uşaqlar üçün isə istifadə etsəniz raxit xəstəliyinin qarşısını almış olacaqsınız.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 53-cü ayə)