Yumurta qabıqları – təbii əvəzsiz dərman
1. 125 dəfə baxılıb
Yumurta qabıqları çox zəngin kimyəvi tərkibə malikdir.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, onun tərkibində orqanizm tərəfindən ən asan mənimsənilən kalsiumdan əlavə 30-a yaxın müxtəlif, o cümlədən çox nadir minerallar var – mis, ftor, dəmir, marqans, fosfor, kükürd, sink, kremnium, molibden və s.
Alimlər araşdırıblar ki, yumurta qabıqlarının tərkibi insanın sümükləri və dişləri ilə, demək olar, eynidir. Bu səbəbdən yumurta qabığı insanın dişləri və sümükləri üçün çox faydalıdır – dişləri və sümükləri möhkəmləndirir, uşaqlarda raxit, böyüklərdə osteoporoz xəstəliyinin inkişafının qarşısını alır.
Bundan əlavə yumurta qabığının allergiya və iltihab əleyhinə təsiri var, qanazlığı zamanı çox faydalıdır, saçların və dırnaqların vəziyyətini yaxşılaşdırır.
Bir çox həkimlər yumurta qabıqlarını apteklərdə satılan kalsium preparatlarından daha faydalı və effektli hesab edir.
Çiy yumurtanın qabıqları daha faydalı sayılır. Çiy yumurtanın qabıqlarını böyüklər üçün istifadə etmək olar. Uşaqlar üçün yumurtanı 5 dəqiqə ərzində qaynatmaq, sonra qabıqlarını istifadə etmək lazımdır.
Çiy yumurta istifadə olunduqda yumurtanı axar su altında xüsusi fırça və sabunla yaxşı yuyun, sonra qabıqlarını soyun, daxilində olan plyonkanı çıxardın, bir qədər qurudun və həvəngdəstədə yaxşı əzin.
Alınmış hazır tozu şüşə qabda sərin qaranlıq yerdə saxlayın.
İstifadə etdikdən əvvəl yumurta qabığının üzərinə 3-4 damcı təzə limon şirəsi tökün, qarışdırın və qəbul edin. Kalsium limon şirəsində olan C vitamini ilə birlikdə daha yaxşı mənimsənilir.
Dozalar (1 günlük):
– 1 yaşdan 7 yaşına qədər olan uşaqlar üçün bıçağın ucunda götürülür və tədricən uşaq böyüdükcə çoxaldılır. 7 yaşlı uşağa 1/2 ç.q. verilir.
– 14 yaşdan sonra uşaqlar və böyüklər – 1 çay qaşığı qəbul edə bilər.
Sələf Xəbər: Uca Allah öz dəqiq və mükəmməl hesablamasına müvafiq olaraq yaradır. O qeyd-şərtsiz hər şeyi yarada bilər və bunun üçün mütləq imkana malikdir. O hər bir şeyi nümunəsiz və misilsiz yaratdı. Onun yaratdıqları cürbəcürdür və hesablanması mümkünsüzdür. Uca Allahın yaratdığı hər bir şey O onu yaratmadan öncə mövcud olmamışdır və onun haqqında heç kim bilməmişdir.
Uca Allah buyurur: “De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, (hər şeyə) Qalib gələndir”. (Qurani-Kərim, “Ər-Rəd” surəsi, 16-cı ayə)
“De: “Allah – bütün varlığın Vahid Xaliqidir”. Həqiqətən də, məxluqlar özləri kimilərini yaratmağa qadir deyillər və öz Yaradanı olmadan yaşaya bilməzlər. Bu isə o deməkdir ki, bütün varlıqların Allahı və Yaradanı vardır ki, O, heç bir şərikə möhtac deyildir. O – Vahid və Qüdrətli, Təqlidedilməz və İxtiyar Sahibidir. Məxluqlar güc baxımından bir-birilərindən gücdə və qüdrətdə üstün olurlar, lakin onların hamısı bu barədə Vahid və Qüdrətli Allahdan geri qalırlar. Qüdrət və bənzərsizlik qarşılıqlı əlaqədədir və təkcə Ona məxsusdur. Bu isə o deməkdir ki, təkzibolunmaz məntiqi dəlillər sübut edir ki, Onunla yanaşı ibadət edilən uydurulmuş “tanrıçalar” yaratmaq qabiliyyətinə sahib olmadıqları kimi, yaradılış prosesində heç iştirakçı da deyillər. Beləliklə, onlara ibadət etmək qüsurlu və faydasızdır”. (Bax: “Təfsir Əs-Saadi”)