Yumurtanın faydası
1. 203 dəfə baxılıb
Yumurta sarısı D vitamini mənbəyidir. Bu vitamin xüsusilə açıq havada Günəş altında az vaxt keçirənlər üçün (Günəş şüalarının təsirindən dəri vasitəsilə orqanizmdə D vitamini sintez olunur) vacibdir.
“Sələf Xəbər” Milli.Az-a istinadən xəbər verir ki, vitamin D orqanizmdə kalsium mübadiləsini tənzimləyir, sümük toxumasını bərkidir. Yumurta sarısı dəmir-minerallar ilə zəngindir. Bu minerallar orqanizmin yorulmasının qarşısını alır, eləcə də onkoloji və ürək-damar xəstəliklərinin inkişafını önləyir. Yumurta sarısının tərkibində Lesitin maddəsi var ki, bu maddə qaraciyər və öd yollarının funksiyasının yaxşılaşmasına kömək edir. Lesitin skleroz əleyhinə təsir edir, beyni qidalandırmaqla hafizəni yaxşılaşdırır.
Xolin – yumurta sarısındakı bu maddə süd vəzi xərçəngi riskini azaldır. Yumurtanın ağı B qrup vitaminlə zəngin olduğu üçün insan orqanizmi üçün çox qiymətlidir.
Orqanizmin gündəlik 25% aminturşulara olan tələbatını yumurta ödəyir. Bütün bunlara baxmayaraq, yumurtanı çox miqdarda qəbul etmək düz deyil. Orqanizm tərəfindən mənimsənilən artıq zülal böyrəklərin işinə mənfi təsir edir, qan dövranını pisləşdirərək sağlamlığa zərər vurur.
Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)”. (Qurani-Kərim, “Hud” surəsi, 6-cı ayə)
“Uca Allah yer üzündə yaşayan, istər insanlar və ya heyvanlar olsun, quruda və ya suda yaşayanlar olsun, bütün canlı məxluqlarını ruzi və maddi nemətlərlə təmin etməyi Öz öhdəsinə götürmüşdür. Onların hamısı ruzisini Allahdan alırlar. Ona məxluqlarının məskunlaşdığı və yaşadığı yerlər və həmçinin onların gedib-gəldikləri yerlər məlumdur. Onların yerdə yaşayışının bütün təfərrüatı Mühafizəolunan Lövhədə yazılmışdır. Onda səmalarda və yerdə baş verməli olacaq bütün hadisələrə aid biliklər öz əksini tapmışdır. Bütün bunlar əzəldən Allaha məlum idi və yazı qələmi ilə qeyd olunmuşdur. Allah istəmişdir ki, hər şey məhz olacağı kimi baş versin və hər bir məxluq ruzisini tam ala bilsin. Bu isə o deməkdir ki, məxluqların ürəkləri Rəbbə təvəkkül etməlidir, çünki O, onları maddi nemətlə təmin etməyi öhdəsinə götürmüş və onların barəsində hər şeyi və onların hər birinin keyfiyyətini bilir”. (Bax: “Təfsir Əs-Saadi”)