Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Ziyillərin xalq təbabəti vasitələri ilə müalicəsi

May 03
16:37 2016

Ziyillərin səbəbi papillomavirus infeksiyasıdır. Ziyillər təhlükəli olmasalar da bəzən ciddi kosmetik defekt yaradır.

“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, ziyillərdən azad olmaq üçün müasir kosmetik metodlar istifadə olunur – krioterapiya (maye azotla yandırılma) və elektrokoaqulyasiya (elektrik cərəyanla yandırılma).

Xalq təbabəti də ziyillərlə mübarizə etmək üçün effektli vasitələri təqdim edir. Bu vasitələr arasında:

– Sarımsaq. Sarımsaq nazik doğranılır, ziyilin üzərinə qoyulur və bintlə bərkidilir. Sarımsağı 2 saat saxlayın. Bu proseduraları gündə 2 dəfə ziyil yox olana qədər edin.

Digər üsul – 3 diş sarımsaq sarımsağəzənlə əzilir və eyni miqdarda ətçəkən maşınında çəkilmiş qoyun piyi ilə qarışdırılır. Bu məlhəm gündə 2 dəfə ziyilin üzərinə çəkilir və 2 saatdan sonra yuyulur. Hazır məlhəmi soyuducuda saxlayın.

– Dəmrovotu bitkisinin şirəsi. Bu da çox effektli vasitədir. Ən sadə üsul: dəmrovotu bitkisinin gövdəsindən şirə sıxılır (şirə açıq-sarı rəngdədir) və ziyilin üzərinə çəkilir. Diqqətli olun! Şirə zəhərlidir – ağıza, gözlərə, sağlam dərinin üzərinə düşməməlidir. Bu vasitə gündə 2-3 dəfə ziyillərin üzərinə çəkilir.

Həmçinin dəmrovotudan müalicəvi dəmləmə də hazırlamaq olar. 1 x.q. quru dəmrovotunun üzərinə 1 stəkan qaynar su əlavə olunur, vam odda qaynara düşənə qədər qızdırılır, soyudulur və süzülür. Dəmləməni gündə 2-3 dəfə ziyilin üzərinə çəkilir.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Allah elə bir xəstəlik göndərməyib ki, onun müalicəsini göndərməsin”. (Buxari)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 141 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 021 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 377 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 030 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 631 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:304. 976 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 876 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 446 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:145. 808 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 456 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN