Zob xəstələrinin faydalana biləcəyi çay
Dekabr 14
19:26
2015
1. 336 dəfə baxılıb
Qalxanabənzər vəzin normadan artıq və ya az hormon istehsal etməsi yorğunluq, kökəlmə, əsəbilik kimi problemlərə səbəb olur.
“Sələf Xəbər” Milli.az-a istinadən zobun sağlamlığa verdiyi zərərlərin qarşısını almaq üçün zəncəfilli çaydan faydalanmağı tövsiyə edir:
Zəncəfil və limonla hazırlanan bu çay zoba qarşı təsirli olmaqla yanaşı, immunitet sistemini gücləndirir, arıqlamağa kömək edir.
Tərkibi:
1 stəkan isti su
Yarım limon
1 çay qaşığı doğranmış təzə zəncəfil
Hazırlanması:
İncə dilimlənmiş limonu və doğranmış zəncəfili isti suya əlavə edib beş dəqiqə gözləyin. Çayı ilıq halda için.
Bu çayı səhər və axşam olmaqla, gündə iki dəfə içmək məsləhətdir.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)