Sələf Xəbər


SAĞLAMLIQ

Zoğalın bilmədiyimiz faydaları

Oktyabr 17
16:57 2015

Zoğalın tərkibində faydalı maddələr çoxdur. Zoğal meyvəsindən insanların qida kimi istifadə etməsinin qədim tarixi var. Zoğalın qabıqlarından hazırlanan ekstraktı arpa unu ilə qarışdırıb pasterizə bənzər maddə hazırlayıb səpki və çibanların uzərinə yaxıb, müalicə edirlər. Zoğalın qabıq və yarpağından hazırlanan dəmləmə və cövhərlərdən böyrək, qaraciyər və diabetdə istifadə edilir. Şirəsindən damcı kimi göz xəstəliklərində istifadə edilir. Yarpaqlarından surrokat cayı hazırlanır.

“Sələf Xəbər” Atv.az-a istinadən məlumat verir ki, müalicə məqsədilə təzə və quru meyvələrindən, çox az hallarda isə yarpaqlarından, qabıqlarından və köklərindən də istifadə edilir. Meyvələrin həlimi və şirəsi ishalda faydalıdır. Müəyyən olunmuşdur ki, zoğalın meyvəsi tif, dizinteriya qruplu bakteriyaları öldürmə qabiliyyətinə malikdir.Tədqiqat nəticəsində müəyyən olunub ki, zoğalın və cır armudun şirəsi ishalda müsbət nəticə verir. Zoğal sinqa əleyhinə dərman vasitəsi kimi böyük əhəmiyyətə malikdir. Bu məqsədlə onun həm təzəsi, həm də cemi, kiseli və kompotu əhəmiyyətlidir.

Xalq təbabətində zoğal maddələr mübadiləsi pozulanda, podaqra, dəri xəstəliklərində və həmçinin qanartırıcı dərman kimi istifadə edilir. Zoğalın meyvələri vərəm əleyhinə və iştahaçan vasitə kimi faydalıdır.

Kökləri və qabığı malyariya və revmatizmə qarşı dərman kimi işlədilir. Baş ağrısında zoğal tumlarının həlimi ilə isladılmış dəsmalı alına, köklərinin həlimini arpa unu ilə qarışdırıb çibana qoyardılar. Budaqlarının yarpaqları ilə birlikdə həlimi öd və sidikqovan, çiçəklərinin həlimi, meyvələrinin şirəsi və həlimi titrətmə – qızdırma əleyhinə vasitə kimi işlədilib. Zoğalın mürəbbəsi soyuqdəymə zamanı tərlədici və hərarət salan, mədə sancmasında ağrıkəsən vasitə kimi istifadə edilir.

Meyvələrinin həlimi belə hazırlanır: 2 xörək qaşığı meyvələri, 1 stəkan qaynar su ilə 8 saat dəmlənir. Gündə iki dəfə ½ stəkan qəbul edilir.

Köklərinin həlimi: Əzilmiş xırda kökləri (1: 10 nisbətində) qaynadılır, sonra iki saat dəmlənir. Bu dərman süzülür, gündə 3 dəfə və hər dəfə iki xörək qaşığı qəbul edilir.
Zoğal köklərinin belə həlimi orqanizmin tonusunu və fəaliyyətini artırır.

Budaq və yarpaqlarının birlikdə çayı: budaq və yarpaqlarının narın əzilmiş qarışığından 1 xörək qaşığı 1 stəkan qaynar suda dəmlənir. Süzülərək ¼ stəkan gündə 3-4 dəfə qəbul edilir. Bu ishal əleyhinə, ödqovucu və sidikqovucu vasitədir.

Malyariyada 2 xörək qaşığı zoğal ağacının qabığını 2 stəkan su töküb zəif odda ağzı örtülü qabda 30 dəq. qaynatmaq, soyutmaq, süzmək. Bütün alınan həlimi qurtum – qurtum gün ərzində içilir.

Zoğal meyvəsi mədə qanaxmalarında və ishalda faydalıdır. Cövhəri: 5-10 q quru zoğal meyvələri 1 stəkan qaynar suya töküb 1 saat dəmlənir. İshalda gündə 1 stəkan, mədə qanaxmalarında isə yeməkdən qabaq gündə 3 dəfə 1 stəkan içmək lazımdır.

Bel ağrısı: zoğalın meyvəsini tumsuz tənzifə büküb, belin ağrıyan yerinə qoyurlar.

Zoğal sirkəsi: yuyulub tumları təmizlənmiş 1,5 kq zoğal ağacla döyülüb əzilir və şüşə bankaya tökülür, üzərinə 1,5 litr su, 200 qr şəkər və 1-2 budaq nanə əlavə edib ağzı ikiqat tənziflə bağlanır. Otaq şəraitində 2-3 ay saxlanır. Bundan sonra üst təbəqə süzülür və alınan sirkə xörəklərin hazırlanmasında istifadə edilir.

Zoğalın çiy mürəbbəsini də hazırlaya bilərsiniz.

Zoğal yuyulur, süfrənin üzərinə sərilib suyu qurudulur, əzilib tumları çıxarılır və şəkər tozu əlavə edilir. 1-2 gün taxta qaşıqla qarışdırılır. Şəkəri əridikdən sonra bankalara yığılır.

Çiy mürəbbə hazırlayarkən taxta qaşıqda ya ləyəndə, bankada 1damcı belə su olmamalıdır.

Sələf Xəbər: Uca Allah buyurur: “(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 11-ci ayə)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 895 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 546 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 001 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 556 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 181 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 576 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 377 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 936 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 432 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 915 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN