Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM

 Son Xəbərlər

Əlqaidənin “Şeyxindən” İŞİD haqqında ŞOK bəyanat

İyul 02
20:42 2014

İŞİD xəvaric qruplaşmasının xilafət elan etməsindən dərhal sonra İordaniya əsilli, abu Musab Zərkavinin (daha ətraflı bax) müəllimi və dini məsələlər üzrə şeyxi hesab olunan “Abu Muhəmməd Məqdəsi” kimi tanınmış İsam Bərqavidən İŞID-in “xilafət” elan etməsinə sərt reaksiya gəldi.

O özünün rəsmi saytı olan Tövhid və Cihad minbəri saytından səslənərək İŞID-ə kinayə ilə “özlərinə xilafət quranlar” deyərək müraciət edir, onları yalançı adlandırır. “Al Cəzirə” kanalı Məqdəsinin bu məktubunu tam olaraq yayımlamışdır. Məqdəsi məktubda İŞID-i digər başqa “əmirlikləri”(Əfqənistan və qafqaz əmirliyi) həçə saymaqda, qəddarlıq və nahaq qan tökməkdə suçlayır.

Məktubun sərt dildə yazılması da diqqət çəkir. Məqdəsi İŞID-i “əlləri müsəlman qanına bulaşanlar” adlandırır. Məqdəsinin bu cür bəyanatı İŞİD üçün ağir zərbə hesab olunur. Çünki, Abu Muhəmməd Məqdəsi xəvariclərin ən nüfuzlu nümayəndələrindən biri olması, bu fikri daşıyıcıları arasında xüsusi nüfuza malik olması heç kəsə sirr deyildir.

İordaniya universitetinin strateji araşdırmalar mərkəzinin islami camaatlar şöbəsinin müdiri Məhəmməd Əbu Rumman bu məsələylə bağli televizya kanallarından birinə bildirmişdir ki, Məqdəsinin xilafətin elan olunmasına şübhə ilə yanaşması xəvaric fikrinin daşıyıcılarında xilafətin elan edilməsinə münasibətdə böyük şübhə oyadacaqdır.

Əbu Rumman əlavə edərək demişdir ki, bir tərəfdən “əl Qaidə” və  “ən Nusra” cəbhəsinin xilafət məsələsinə sərt münasibəti, digər tərəfdən də İŞID-in xilafət elan etməsi yaxın zamanlarda tərəflər arasında münaqışənin daha da qızışacağıni deməyə esas verir.

“SələfXəbər.az” saytının redaksiyası tərəfindən hazırlanıb

 Sələf Xəbər: “Xəvariclər balaca bir məsələ baş verdikdə dərhal bir birlərini kafir hesab edərlər. Bununla da bu tayfanın zəif və cahil olduğu dərhal üzə çıxır” Əli ibn Hazm əlƏndəlusi (miladi 994-ci ildə anadan olub).

Digər xəbərlər