Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM

 Son Xəbərlər

İŞİD – tarixi, metodu və onlara qarşı mübarizə üsulları – II hissə

Oktyabr 23
20:45 2014

“Sələf Xəbər” alanba.com.kw saytına istinadən təqdim etdiyi məqalədə İŞİD və onun kimi terror qruplaşmalarının yaradıcıları xəvariclərin gəncləri ələ alma metodlarından və bu xəvariclərlə mübarizə yollarından söhbət açır.

İŞİD və xəvariclərin sifəti

– Xəvaricləri bu əsrdə necə tanıya bilərik? Onların ən mühüm sifətləri nədir? Bu sifətlər bu gün İŞİD-ə uyğun gəlirmi?

– Bu əsrin xəvariclərinin sifətlərini ərz edərək dəlillərdə varid olan xəvariclərin sifətlərini uyğunlaşdıraq.

Xəvariclərin birinci sifəti:

Quran oxuyurlar, lakin elm əhlindən uzaq olduqları səbəbi ilə onu düzgün qaydada anlamaqdan uzaq olduqları üçün Qurandan heç bir fayda götürmürlər. Necə ki, fikri yalnızlıqdan danışarkən bunu qeyd etdik.

Bu sifətin dəlili:

Peyğəmbər (Allahın ona və ailəsinə salavat və salamı olsun) demişdir: “… Quran oxuyarlar, lakin boğazlarını keçməz…”. (Buxari, Muslim).

Allahın Elçisi həmçinin (Allahın ona salavat və salamı olsun)  demişdir: “Ümmətimdən elə bir qövm çıxar ki, Quran oxuyarlar. Sizin oxumağınız onların oxumağının yanında bir şey olmaz. Sizin namazınız onların namazının yanında bir şey olmaz. Sizin orucunuz da onların orucunun yanında bir şey olmaz. Quran oxuyarlar və elə hesab edərlər ki, oxuduqları onların lehinədir. Halbuki, o, onların əleyhinə olar. Onların namazları da körpücük sümüklərini keçməz”. (Muslim)

İbn Abdul-Bərr (Allah ona rəhmət etsin) özünün “əl-İstizkər” 2/499 kitabında demişdir: “Quran oxuyarlar, lakin boğazlarını keçməz” sözünün mənası belədir: Quranı oxumaqla faydalanmazlar. Çünki ona açıqlama verən sünnədən deyil, digər bir yolla təfsir verirlər. Buna səbəb onların sünnəni bilməməkləri, əvvəlki sələflər və onların yolunu gedənlərlə düşmənçilik edərək onları təkfir etmələri, onların şəhadətlərini və rəvayətlərini qəbul etməməkləridir. Ona görə də Quranı öz rəyləri ilə təfsir edərək həm özlərini həm də digərlərini azdırar və Qurandan heç bir fayda götürməzlər. Eyni zamanda Quranın tilavətindən heç nə əldə etməzlər. Necə ki, ağzında nəyisə çeynəyib udanın, lakin çeynədiyi yeməyin ağzından boğazına keçmədiyi kimi”.

Ramazan ayının ilk günlərində Mosul şəhərində verdiyi Cümə xütbəsində İŞİD-in başçısı Əbubəkir əl-Bağdadinin Quran ayələrini oxuyaraq necə də dəlil gətirdiyini gördük. Lakin onların əməllərini İraq və Suriyada izləsək belə nəticəyə gələrik ki, həqiqətən də Bağdadi və onun tərəfdarları oxuduğu bu Quran ayələrindən faydalanma və əməl etmə cəhətdən çox uzaqdırlar.

Xəvariclərin ikinci sifəti:

Peyğəmbərdən (Allahın ona və ailəsinə salavat və salamı olsun) hədislər deyirlər, lakin onlar səhv anladıqlarına və düzgün tətbiq etmədiklərinə görə o hədislərin yolundan çox uzaqdırlar.

Bu sifətin dəlili:

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) xəvariclərin vəsfində demişdir: “… Onlar yaradılmışların ən xeyirlisinin sözündən deyərlər…”(Buxari)

Bağdadinin adıçəkilən xütbəsində həmçinin Peyğəmbərdən (ona Allahın salavat və salamı olsun) necə hədislər oxuduğunu da gördük. Lakin onların əməllərini İraq və Suriyada izləsək belə nəticəyə gələrik ki, həqiqətən də Bağdadi və onun tərəfdarları Peyğəmbərin (ona Allahın salavat və salamı olsun) yolundan çox uzaqdırlar.

Xəvariclərin üçüncü sifəti:

İmanlı olmaları əməllərində görünməyərək yalnız dillərində olar və hətta əməlləri mömin əməlinə tamamilə zidd gələr.

Bu sifətin dəlili:

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) xəvariclərin vəsfində demişdir: “… İmanları boğazlarını keçməz …”(Buxari)

Elə İŞİD də daxil olmaqla təkfir camaatlarında görürük ki, çoxları danışaraq imanını yalnız dili ilə zahir edir, lakin iman sifəti əməllərində isə görünmür.

Xəvariclərin dördüncü sifəti:

Bir çox əməllər edərək dinə nisbət edirlər. Halbuki, o əməllər dindən deyildir.

Bu sifətin dəlili:

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) xəvariclərin vəsfində demişdir: “… Ox şikardan (girib digər tərəfindən) çıxdığı kimi onlar da dindən çıxarlar …”(Buxari)

Çoxlarımız şahidi olmuşuq ki, İŞİD müsəlmanları təkfir edərək onların qanlarını, namuslarını və mallarını halal sayaraq öldürürlər. Şübhə yoxdur ki, bu gün İŞİD-in etdiyindən dinimiz çox uzaqdır.

Xəvariclərin beşinci sifəti:

Yaşı az , gənclərdən ibaretdirler.

Bu sifətin dəlili:

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onların vəsfində demişdir: “… yaşları az …”(Buxari)

Bizim də gördüyümüz kimi, İŞİD-ə qoşulanların əksəriyyəti cavan nəsildən olan azyaşlılardır. Cavanları aldadaraq fikirlərini zəhərləmək asan olur.

Xəvariclərin altıncı sifəti:

Ağılları zəif olur.

Bu sifətin dəlili:

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onların vəsfində demişdir: “… ağılları kəm (səfeh) …” (Buxari)

Elə diqqəti çəkən də budur ki, İŞİD-ə və ya digər təkfir camaatlarına qoşulanların ağılları zəif olur. Batili haqdan ayırmaq üçün kifayət edəcək elmləri də yoxdur.

Xəvariclərin yeddinci sifəti:

Gün çıxan (şərq) tərəfdən çıxacaqlar.

Bu sifətin dəlili:

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onların vəsfində demişdir: “Məşriq (gün çıxan) tərəfdən ümmətimdən olan insanlar çıxacaqdırlar …” (Əhməd və digərləri səhih olaraq rəvayət etmişdirlər.).

İraq məşriq sayılır. İŞİD-in də İraqdan çıxması elə məşriqdən çıxması hesab olunur.

Xəvariclərin səkkizinci sifəti:

Qiyamət gününə  qədər onlar çıxmaqda davam edəcəklər.

Bu sifətin dəlili:

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onların vəsfində demişdir: “… Onlardan hər dəfə bir buynuz çıxan zaman o buynuz kəsilər. Onlardan hər dəfə bir buynuz çıxan zaman o buynuz kəsilər …”. (Əhməd və digərləri səhih olaraq rəvayət etmişdirlər.).

Bildiyimiz də budur ki, İslamın əvvəl günlərində ilk çıxdıqlarından bu günümüzə qədər çıxmaqda davam edirlər.  Dəccalın zamanına qədər zühur etmekde davam edəcəklər.

Xəvariclərin doqquzuncu sifəti:

Müsəlmanlara kafirlik və mürtədlik hökmü verirlər.

Bu sifətin dəlili:

Abdullah ibn Ömər (Allah onların hər ikisindən razı olsun) xəvariclər barəsində demişdir:

“Onlar yaradılmışların ən şərlisidirlər. Kafirlərə aid nazil olan ayələri götürərək möminlərə tətbiq edirlər”. İbn Əbdül-Bər, “əl-İstizkər” 2/501, İbn Həcər, “Fəthul-Bəri” 12/286.

Biz bu gün də görürük ki, İŞİD İraqda və Suriyada “Azad Ordu”da, qəbilələrdə və ümumi xalqdan olan müsəlmanların və digərlərinin qanlarını halal sayaraq hər bir vəhşilik və iyrəncliklə qətlə yetirirlər. Bunun da səbəbi: Həmin müsəlmanlara kafirlik və mürtədlik hökmü vermələridir. Bu hökmdən sonra da qanlarını halal sayaraq heç bir rəhm etmədən öldürürlər. Müsəlmanları təkfir etmək məsələsindən geri dönmür, hətta öldürmək istədikləri müsəlman “Lə iləhə illəllah” desə belə onu qətlə yetirməkdən üz döndərmirlər.

Xəvariclərin onuncu sifəti:

Müsəlmanların qanlarını halal sayaraq onları təkfir etdikdən sonra öldürürlər.

Bu sifətin dəlili:

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onların vəsfində demişdir: “Büt əhlini tərk edərək İslam əhlini öldürərlər”. (Buxari, Muslim).

“Azad Ordu”dan, qəbilələrdən və digərlərindən olan müsəlmanların qanlarını halal sayaraq öldürmək bu gün İŞİD-in işi-peşəsidir.

Müsəlmanları təkfir edərək onları öldürmək

– Görürük ki, İŞİD onlara əks olan müsəlmanları mürtəd sayaraq öldürürlər. Onların etdikləri əməllərə rəyiniz nədir?

– İŞİD-in bu əsrin xəvarici olduğunu bildikdən sonra onların etdikləri əməllər onlar üçün qəribə deyildir. Xəvariclər kafirlərə aid olan ayələri müsəlmanlara tətbiq edir və onlara kafirlik və mürtədlik hökmü verirdilər. Necə ki, Abdullah ibn Ömər (Allah onların hər ikisindən razı olsun) xəvariclər barəsində demişdir:

“Onlar məxluqatın ən şərlisidirlər. Kafirlərə aid nazil olan ayələri götürərək möminlərə tətbiq edirlər”.

Müsəlmanları təkfir etdikdən sonra isə onların qanlarını halal görərək rəhm və şəfqət etmədən öldürməyə başlayırlar. Bununla da Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) onları vəsf edərəkən “Büt əhlini tərk edərək İslam əhlini öldürərlər” dediyi sözünün doğruluğu öz əksini tapmaqdadır.

Hətta kim öz canını, torpağını, malını və namusunu müdafiə etmək üçün onlarla döyüşərsə, öz rəylərində onu İslamdan çıxmış sayır və onu tutduqdan sonra onların qarşısında kəlimeyi-şəhadəti desə belə öldürməkdən çəkinmirlər. Deyirlər ki, kəlimeyi-şəhadəti desə belə mürtəd və kafirdir. Bu cahillər bilmirlərmi ki, bizim şəriətimizdə: Mürtəd olsa bele kəlimeyi-şəhadəti deyərsə onun qanı haramdir? Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yolu budurmu?!

Lakin mürtəd sayaraq İslamdan çıxmışdır deyərək kəlimeyi-şəhadəti desə belə öldürdükləri o kəslər əslində müsəlmandırlar. Lakin bunlar iftira olaraq belə iddia edirlər, qəbilələri və kəndləri təkfir etdikdən sonra bütünlüklə məhv edir və qadınlarını da əsr tutaraq özlərinə halal saydıqlarının müşahidəçisiyik.

Müsəlmanları bu formada təkfir edən İŞİD-in əməli asan bir iş deyildir. Çünki müsəlmanın kafir olduğu hökmünü vermək o deməkdir ki, onlar onun kafir olduğunun şahididirlər və o əbədi Cəhənnəmlik olaraq Cənnətə girməyəcəkdir. Ona görə də Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bir çox hədislərində təkfir etməkdən çəkindirərək buyurmuşdur:

“Hansı bir kəs qardaşına “ey kafir” deyərsə artıq o kəlməni ikisindən biri daşımış olar. Əgər o dediyi kimi deyilsə o kəlimə onun özünə qayıdar”. (Muslim).

“İŞİD” müsəlmanları təkfir etməklə kifayətlənməyərək hətta təkfir etdikləri şəxsi öldürürlər. Müsəlmanı öldürmək şəriətimizdə böyük bir günahdır. Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur:

“Canım əlində olana and olsun ki, mömini öldürmək Qiyamət günü Allah yanında dünyanın yox olmasından da böyükdür”. (Təbərani, “əl-Mucəm əl-ovsat” kitabı).

İŞİD-dən olan bu xəvariclərin məqsədi dini yaymaq deyildir. Lakin buna baxmayaraq qeyri müsəlmanlara qarşı etdikləri də İslama ziddir. Müsəlman olmayanlarla İslamın qoyduğu şərtə əməl etmədən,  kəndlərə girərək bir başa oradakı qeyri müsəlmanları öldürürlər. Daha pisi budur ki, onlar qeyri müsəlmanlara şəhadət kəlməsini dedirtdikdən sonra onları öldürür və bu əməlləri ilə də bir daha özlərinə xəvaric kəlməsini haqq qazandırırlar. Bu cahil xəvariclər bilmirlərmi ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Usamə ibn Zeydi (Allah ondan razı olsun) döyüş vaxtı “lə iləhə illəllah” deyən müşriki öldürdüyünə görə şiddətlə danlamışdı?!

Usamə ibn Zeyd (Allah ondan razı olsun) demişdir: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizi Hurqaya (bir qövmü yandıraraq əzab verdikləri üçün onlara bu ad verilmişdir) göndərdi. Onları sabahlayaraq məğlub etdik. Mən və Ənsardan olan biri onlardan olan bir kişini əhatəyə alan zaman o “Lə iləhə illəllah” dediyi üçün Ənsari ondan əlini çəkdi və mən isə onu nizəmlə vuraraq öldürdüm. Qayıtdıqdan sonra bu xəbər Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) çatanda dedi: “Ey Usamə, onu “lə iləhə illəllah” deyəndən sonramı öldürdün?” Dedim ki, “özünü qorumaq üçün elə dedi”. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) o sözü o qədər təkrarladı ki, hətta arzu etdim ki, kaş o gündən əvvəl İslama girməzdim”. (Buxari, Muslim).

Bu əsrin xəvaricləri və bu zamanın terroristləri olan İŞİD-in cahillərinə gəldikdə isə, onlar müharibə elan etməyən qeyri müsəlmanları şəhadət kəlməsini dedirtdikdən sonra öldürür və bu da onların İslama girdikdən sonra öldürülməkləri sayılır. Bununla da müsəlmanları öldürən xəvariclərin sifəti onlara bir daha uyğun gəlmiş olur. Bu şəhadət kəlməsini dedikdən sonra öldürülənlər isə Qiyamət günü Allah Təalanın qarşısında onları öldürənlərə qarşı duracaqdırlar.

İnternetdə fəaliyyət

– Nəyə görə təkfir və radikal fikirli insanlar internetdə fəal olurlar? Bu fəaliyyətin gənclərə təsiri varmı?

– Bəli, təkfir və radikal fikirlilərin internetdə aydın bir fəaliyyəti vardır. Bununla bağlı bir neçə nəticəyə gəlmişəm ki, o da belədir:

Birinci: İnternet saytlarında təkfirçi kitab və yazıları araşdırarkən gördüm ki, bu fikri zəhərləyən kitabların sayı dörd mindən çoxdur.

İkinci: Doktorantura üçün araşdırdığım əsnada və onların şübhələrini cəm etmək üçün davamlı olaraq girdiyim təkfir saytlarında xüsusi orqanları azdırmaq üçün bu saytların tez-tez linklərini dəyişdirdiklərini gördüm. Ona görə də bu işlə məşğul olan xüsusi orqanlar ayıq olaraq həmin saytları əhatəyə almalıdırlar.

Üçüncü: Təkfir və radikal fikirləri daşıyan bu kitabların əksəriyyətinin üzərində aydın bir ünvanın yazılmamağı bu kitabların təhlükəliliyini bir az da artırır. Bundan da məqsəd o kitabları gənclər arasında asanlıqla yaymaq və nəzarəti xüsusi orqanlardan gizlətməkdir.

Dördüncü: Bu təkfir və radikal saytların bəzilərində partlayıcı maddənin ilkin, sadə və əldə oluna bilən elementlərlə düzəldilməsi təlimatının olması həmin saytların təhlükəli olduğunu bir daha sübut edir.

İŞİD-in fikirlərindən təsirlənmək

– Siz universitet müəllimisiniz. İŞİD fikirləri ilə təsirlənən tələbələrə rast gəlirsinizmi?

– Bəli, İŞİD-in elanından sonra bəzi tələbələrin onlardan təsirləndiklərini gördüm. Əgər bunu vaxtında müalicə etməsək təhlükəsi böyük olacaqdır. Hətta bəzi tələbələrin İŞİD-in haqq və ya batil üzərində olub-olmadığını müzakirə etdiklərinə də rast gəlmişəm. Hətta öz tələbələrimdən və digər tələbələrdən bəziləri fikirləri qarışdırıldıqdan sonra haqqın və batilin harada olduğunu bilməyərək universitetdə otağıma gəlir. Amma Allaha şükürlər olsun ki, istər tələbələrimdən istərsə də digərlərindən olsun, mənimlə bu barədə ünsiyyət yaradanların hər birinin şübhələrini yox etməkdə müvəffəq olmuşam. Lakin deyirəm ki, belə bir təhlükəli fikirlə üzbəüz gəlmək üçün bu yetərli deyildir. Çünki bu iş müəssisə və hökumət şəklində olmazsa, insan tək olaraq bu gənclərin əksəriyyətinə gedib çata bilmir. Artıq basqın edən bu təhlükə üzbəüz gəlməklə bağlı plan irəli sürmüşəm.

Basqın edən təhlükə

– Əgər gənclər arasında təkfir və radikal fikirləri hər bir asanlıqla təkfir fikirlilərin saytlarında yaymaq bu dərəcədə təhlükəlidirsə və İŞİD-in çıxmasından sonra gənclərdə böyük təsir yaranmışdırsa, onda bu basqın edən təhlükəyə qarşı durmaq və gənclərimizi ondan qorumaq necə olmalıdır?

– Basqın edən təhlükəyə qarşı durmaq üçün bizə mütləq olaraq iki şey lazımdır:

Birinci: Təkfir və radikal saytları izləyərək pusqusunda duran xüsusi işçilər lazımdır ki, gənclərimizin o təhlükədən himayəsi üçün həmin saytları bağlasınlar. Davamlı olaraq linkləri dəyişdirən təkfirçilərin durumuna qarşı həmin işçilər həmişə ayıq olmalıdırlar.

İkinci: Gənclərin böyük bir qismi ilə ünsiyyət yaradaraq təkfir və radikal fikirlilərin tələsinə düşənlərin şübhələrinə cavab vermək və o fikrə düşməyənləri də qorumaq lazımdır. Yuxarıda dediyim kimi bu yalnız müəssisə və hökumət şəklində olmalıdır. Artıq gənclərimizi və toplumumuzu qorumaq üçün bu barədə təklif hazırlamışam.

Xəvariclərin fikri

– Xəvariclik fikri və müsəlmanları təkfir etmək nə vaxtdan başlamışdır?

– Xəvariclik fikri və müsəlmanları təkfir etmək iki cürdür. “Sözdə xəvariclik və feldə xəvariclik”. Sözdə olan xəvariclik Peyğəmbərin (ona və ailəsinə Allahın salavat və salamı olsun) dövründə başlamışdır.

Peyğəmbər (ona və ailəsinə Allahın salavat və salamı olsun) qəlblərini İslama isinişdirmək üçün Nəcd əhlindən olan insanlara yardım edən zaman bir kişi gələrək dedi: “Ey Məhəmməd, Allahdan qorx”. Peyğəmbər (ona və ailəsinə Allahın salavat və salamı olsun) deyir: “Əgər mən asi olaramsa Allaha kim itaət edər?! Allah məni yer əhlinə etibar edir , siz mənə etibar etmirsiz?!” O getdikdən sonra Peyğəmbər (ona və ailəsinə Allahın salavat və salamı olsun) dedi: “Bunun belindən elə bir qövm çıxacaqdır ki, Quran oxuyarlar, lakin, boğazlarını keçməz. Ox şikardan (girib digər tərəfindən) çıxdığı kimi onlar da dindən çıxarlar. İslam əhlini öldürər və büt əhlini tərk edərlər. Əgər mən onlara çatsam onları Ad qövmünün ölümü kimi (bütünlüklə) öldürərəm”. (Buxari, Muslim)

Alimlər qeyd edirlər ki, bu, Peyğəmbərə (ona allahın salavat və salamı olsun) qarşı sözlə olan İslamda ilk xəvariclikdir. Amma feldə xəvaricliyə gəldikdə isə Osman ibn Affanın (Allah ondan razı olsun) zamanında xilafətə gəldikdən sonra başlamışdır. Birinci onu təkfir etdilər və sonra da ona qarşı çıxaraq onu öldürdülər. Bu olay Əli bin Əbi Talibin (Allah ondan razı olsun) dövründə də təkrarlandı. Onu da təkfir edərək ona qarşı çıxdılar və xaincəsinə qətlə yetirdilər.

Osman ibn Affan (Allah ondan razı olsun) İslama girən ilk səhabələrdən və Peyğəmbərin (ona və ailəsinə Allahın salavat və salamı olsun) iki qızının həyat yoldaşı idi. Cənnətlə müjdələnmişdi və müsəlmanların xəlifəsi idi. Bütün bunlara baxmayaraq təkfir və radikal fikirli o dövrün xəvariclərinin əlindən qurtula bilmədi.

Əli də (Allah ondan razı olsun) İslama ilk girənlərdən, Peyğəmbərin (ona və ailəsinə Allahın salavat və salamı olsun) əmisi oğlu və qızının həyat yoldaşı idi. Cənnətlə müjdələnmişdi və müsəlmanların xəlifəsi idi. Bütün bunlara baxmayaraq, o da təkfir və radikal fikirli dövrünün xəvariclərinin əlindən salamat qalmadı.

Əgər İslamın ilk çağında, müsəlmanların xəlifəsi olan Osman ibn Affan, nə də ki, Əli bin Əbi Talib (Allah onların hər ikisindən razı olsun) təkfir fikirlilərin əlindən salamat qalmadısa, onda biz cürbəcür adlarla olan bu əsrin təkfir fikirli xəvariclərinin çoxaldığı bir zamanda nə deyə bilərik?! Şübhə yoxdur ki, müsəlmanları təkfir edib qanlarını halal sayaraq onları öldürmək bu zamanda daha şiddətlidir. Buna ən aydın misal olaraq İraqda və Suriyada müşahidəsi olduğumuz bu əsrin xəvaricləri olan İŞİD-in müsəlmanları təkfir etmələri və onların hər bir çirkinlik və vəhşiliklə qanlarını axıtmalarıdır.

Xəvariclərə qarşı mübarizə

– Xəvariclərin təhlükəsini bəyan edən şəriət dəlilləri vardırmı? O cümlədən onlar bizim zamanımızda çıxarlarsa onlara qarşı mübarizə aparmaq barədə şəriət dəlilləri vardırmı?

– Bəli, bu xəvariclərin müsəlmanlara olan təhlükəsi müsəlmanların düşmənlərinin təhlükəsindən də daha pisdir. Belə ki, onlar müsəlmanları kafir saydıqdan sonra öldürməyi də halal sayır və İslam dinini  ozlerine islam adı götürməklə  ləkələyirlər. Tarix bunları tanıyandan bəri bunların təhlükəsi davamlı,  müsəlmanları və ölkələrini hər tərəfdən əhatəyə alan bir təhlükədir. Ona görə də müsəlmanlara vacibdir ki, onları məhv edəcək hər bir qanuni yolla və hər bir qanuni vasitə ilə mübarizə apararaq müsəlmanları onların şərindən qorusunlar. Bu, din və vətən qarşısında  bir öhdəlikdir. Artıq Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) onları məhv edərək öldürməyi əmr etmiş və onları öldürən üçün Qiyamət günü savab olduğunu xəbər vermişdir: “Son zamanda yaşları az, ağılları kəm (səfeh) qövm çıxacaqdır. Onlar yaradılmışların ən xeyirlisinin sözündən (hədislər, hökm Allahındır və.s kimi sözlər) deyərlər. İmanları onların boğazlarını keçməz. Ox şikardan (girib digər tərəfindən) çıxdığı kimi onlar da dindən çıxarlar. Onları harada görsəniz öldürün. Həqiqətən də onları öldürən üçün Qiyamət günündə əcr vardır”. (Buxari).

Onların müsəlmanlara olan şərinin böyüklüyünə görə Peyğəmbər (ona Allahın salavat və salamı olsun) hətta onların zamanına yetişərsə onları məhv edərək öldürməyi arzu etmişdir. Buna dəlil aşağıdakı hədisdir: “… Ox şikardan (girib digər tərəfindən) çıxdığı kimi onlar da dindən çıxarlar. İslam əhlini öldürər və büt əhlini tərk edərlər. Əgər mən onlara yetişsəm onları Ad qövmünün ölümü kimi (bütünlüklə) öldürərəm”(Buxari, Muslim)

İmam Nəvəvi (Allah ondan razı olsun) demişdir: “Bu hədis xəvariclərlə döyüşməyin vacibliyinə açıq-aydın dəlildir” (ən-Nəvəvi, “Şərhu sahihi Muslim” 7/169.)

“SələfXəbər.az” saytının redaksiyası tərəfindən hazırlanıb

İŞİD- tarixi, metodu və onlara qarşı mübarizə üsulları – I hissə

Digər xəbərlər