Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM

 Son Xəbərlər

Ruminiyalı yolunu azdı, lakin haqqı tapdı – VİDEO

Fevral 02
17:03 2015

“Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam (dini) üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər!” (“əl-Ənam” 125)

“Sələf Xəbər”in alanba.com-a istinadən sizə təqdim edəcəyi bu videoda Ruminiyalı bir kişinin həyat yoldaşı ilə qardaş Türkiyəyə səyahətə gedərkən yolunu azması səbəbilə qəlbinin İslama açılmasını və beləliklə də, onların İslam dinini necə qəbul etdiklərini dinləyəcəksiniz.

🎬

📥Yüklə (31 mb)

Ey qardaşlarım, Allaha şükürlər olsun… mən sizinlə burada görüşməyimə şadam. Dəvət üçün sizi Ruminiyada görməyi arzu edirəm. Türkiyəyə səyahətə getmişdim. Gecə yolumu səhv gedərək azdım. Keçənlərdən birini saxlayaraq “bu ünvanı tanıyırsanmı?” deyib otelin kartını göstərdim. O, bu kənddə heç bir otelin olmadığını söylədi və “bu gecə mənim qonağım olmağını arzu edirəm” dedi. Onun evinə getdik. Hava qaranlıq idi və mən yalnız açıq olan ön qapıdan başqa heç bir şey görmürdüm. Evdə beş uşaq və iki yaşlı xanım gördüm. Özlüyümdə dedim ki, bura təhlükəsiz yerdir və bizi içəri daxil olduq.

Kişi bizi olduqaca sadə bir axşam yeməyinə dəvət etdi. Onun bizimlə mehriban davranışına görə böyük bir rahatlıq hiss etdik. Bizə “siz burada yatacaqsız. Bizim isə yatmaq üçün digər yerimiz var” dedi. Səhər yuxudan oyandıqdan sonra yoluma davam etmək və təşəkkür üçün onu axtardım. Evdən çıxdıqda gündüz idi deyə hər bir şeyi görə bilirdim. Mənə aydın oldu ki, onun bütün evi bir otaqdan ibarətdir.

Bu qardaş, beş övladı, anası və həyat yoldaşı soyuq havada çöldə ağacın altında yatmışdılar. Mən heyrət içində onun yanına gedib dedim ki, sən dəlisən, belə niyə etdin!? Təbəssüm ilə üzümə baxaraq mənə dedi: “Xeyr, mən dəli deyiləm, siz müsafirsiniz. Əlimdən gələn hər bir şeyi sizin üçün etməm mənə vacibdir. Çünki mən müsəlmanam”.
O qardaş “mən müsəlmanam” deyərkən üzü alov kimi nurlu idi. Mən dəhşət içindəydim. Həyat yoldaşım ağlamağa başladı. Yoldaşıma dedim ki, sən İslam barədə nəsə bilirsənmi? Artıq bu şəxsin bizimlə necə müamilə etdiyini gördün…

Kişi bizə dedi ki, mən İslam barədə çox bilmirəm. Lakin Quran kitabını oxuyun. Sünnəni də oxuya bilərsiniz, o zaman İslamdan daha çox biləcəksiniz.

Dərhal kitabxanaya gedib Quran və bəzi hədis kitabları alaraq oxumağa başladım. Dayanmadan, təxminən, iki ay oxudum. İki aydan sonra Allah-Təala qəlbimi açdı və mən “əşhədu ən lə iləhə illəllah va əşhədu ənnə Muhəmmədən rəsulullah (şahidlik edirəm ki, Allahdan başqa haqq məbud yoxdur və şahidlik edirəm ki, Məhəmməd Allahın rəsuludur)” dedim. 1993- cü il, Yanvarın 17-də Allaha şükür olsun ki, müsəlman oldum.

Allah-Təala buyurur: “(Ey Rəsulum!) De: “Bu mənim (təbliğ, dəvət) yolumdur. Mən və mənə tabe olanlar bəsirətlə (açıq-aşkar bir dəlillə) (insanları) Allaha çağırırıq. Allah Pakdır, Müqəddəsdir. Mən isə müşriklərdən deyiləm!” (Yusuf- 108)

Müsəlman olduğum ilk başlanğıcından bəri İslama dəvətə başladım. 112- dən çox ölkəyə səfər edərək İslam şüarını daşıdım və 1000- dən çox insan İslamı qəbul etdi.

 Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 19-cu ayə).

“Uca Allah bildirir ki, İslam – yeganə dindir ki, O, onu Öz qullarından qəbul edir. İslam – bir olan Allaha qulun qəlbi və canı ilə tam təslim olmasıdır ki, O, bunu Özü elçilərinin dili ilə əmr etmişdir.
Uca Allah buyurur: “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, Axirətdə ziyana uğrayanlardan olar”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 85-ci ayə)
Əgər insan İslam dininə etiqad etmirsə, deməli o, Allaha layiqincə xidmət etmir, çünki o, Allahın Öz elçilərinin dili ilə əmr etdiyi yolla getmir.” (Bax:“Təfsir Əs-Saadi”)

Digər xəbərlər