Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Bakıda məscidi yandıran PKK-çının anası ondan imtina etdi

Dekabr 04
16:17 2014

Yoldaşi Milli Qəhrəman olan ana “oğlum dövlətə qarşı çıxırdı”-dedi.

Bakının Qaraçuxur məscidində yanğın törədən PKK-nın Azərbaycandakı qeyri-rəsmi qanadı “Yekbun” təşkilatının üzvlərindən biri Namiq Nəsibovun anası oğlundan imtina edib.

“Sələf Xəbər”-in Anspress.com-a istinadən məlumatına görə, Nailə Nəsibova müsahibəsində oğlunun məsciddə törətdiyi yanğından və Suriyanın Kobani şəhərində kürd silahlılarına qoşulmasından sonra bütün qohumlarının ondan üz döndərdiyini deyir.

“Biz dövlətdə bir millətik, bizim başqa dövlətimiz yoxdur. Azərbaycanda kürd cəmiyyəti nəyə lazımdır? Özümüzün öz cəmiyyətimiz, Azərbaycanımız, millətimiz var. Biz bir millətik. Namiq getdi və bütün nəsil ondan imtina etdi. Çünki bu yaxşı bir məsələ deyildi. Eyni zamanda da atasına layiq deyildi, dövlətə qarşı çıxırdı”,- deyə Nailə Nəsibova bildirdi.

Həyat yoldaşı Milli Qəhrəman olan ana oğlunun etdiklərinə görə xəcalət çəkdiyini deyir. Nailə Nəsibovanın bundan əvvəl oğlu Namiqin hansısa təşkilata qoşulması ilə bağlı polisə məlumat veribmiş. Həmin vaxt polis ananın şikayəti əsasında onu saxlasa da, sonradan sərbəst buraxıb. Əslən Laçın rayonundan olan valideyni bildirib ki, oğlunun Kürdüstan bayrağı ilə Suriyaya kimin vasitəsilə və niyə getdiyindən xəbəri olmayıb. Anası vurğulayıb ki, oğlu içki aludəçisi olub. O, Bakıda işlədiyi Təcili Tibbi Yardım Stansiyasından bir neçə dəfə buna görə xaric olunub. Ali təhsilli həkim olan Namiq Kobanidə İŞİD terror xəvaric qruplaşmasına qarşı döyüşlərdə yaralanan kürd peşmərgələrin xəstəxanada müalicəsiylə məşğul imiş.

Namiqin anası Nailə Nəsibovanın sözlərinə görə, Namiq heç vaxt evə öz yoldaşlarını gətirməyib: “Mən onları tanımıram və görməmişəm”.

Bu arada daha bir Kürd təşkilatı Qaraçuxur məscidini yandıran PKK terror təşkilatının Azərbaycandakı qeyri-rəsmi qanadı sayılan “Yekbun” təşkiltanın üzvləri Namiq Nəsibov və Elnur Ələkbərovun hərəkətlərini pisləyiblər. Kürd gənclər təşkilatının sədri Nicat onların bu hərəkətini pisləyən bəyanatla çıxış edib:
“Bu, cılız və aciz insanların etdiyi bir hərəkətdir. Bu hadisə kürd gənclərini həddən artıq hiddətləndirib. Çünki bu Azərbaycanda milli və dini qarşıdurmaya gətirib çıxara bilər”.

Bundan əvvəl isə Azərbaycandakı “Ronayi” Kürd Mədəniyyət Mərkəzi Qaraçuxur məscidində terror aktı törədən şəxsləri qınayıb. Məscidi yandıran şəxs radikal mövqeyinə görə, mərkəzdən də uzaqlaşdırılıb. Namiq Nəsibov Elnur Ələkbərovla birgə Qaraçuxur məscidinin şüşəsini sındıraraq əvvəlcədən hazırladığı “Molotov kokteyli” ilə orada yanğın törədib. MTN-nin anti-terror əməliyyatı zamanı müəyyən edilib ki, onlar PKK terror təşkilatının Bakıda qeyri-rəsmi qanıdı “Yekbun” təşkilatı yaradıb. Özünə tərəfdarlar toplamağa başlayıblar.

“İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar.”

Qurani-Kərim, “Rum” surəsi, 41-ci ayə

Digər xəbərlər