Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Dinimiz bunu bəyənmir!

İyul 23
16:56 2014

Londonda minlərlə insan İsrail səfirliyinin qarşısında etiraz aksiyası keçirib.

London Evening Standard qəzetinin verdiyi məlumata görə minlərlə etirazçı “Fələstinə ədalət və azadlıq” şüarı ilə İsrailin Qəzza zolağında hərbi əməliyyatlara son qoymasını tələb edib.

Paytaxtın təqribən 15 min sakini Dauninq küçəsindən Kensinqton rayonunda yerləşən İsrail səfirliyinə tərəf yürüş edib. Fələstin tərəfdarları əllərində “Qəzzadakı soyqırıma son qoyulsun” və “İsrailin müharibə cinayətlərinə son qoyulsun” şüarları yazılmış plakatlar tutublar. İsrail səfirliyinə çatan etirazçıların binaya yaxınlaşmasına polislər əngəl törədib.

Fələstin tərəfdarları olan bir sıra görkəmli şəxslər, səfirliyin yaxınlığında izdihama üz tutaraq nitq söyləyib. Parlament üzvü Corc Qallovey bildirib ki, “Malaysia Airlines şirkətinə məxsus təyyarədə “fanatiklər” tərəfindən “səbəbsiz şəkildə” 300 sərnişin qətlə yetirilib. Lakin, əgər o raket Ukrayna təyyarəsinə yox, Qəzzadakı çimərliyə
atılsaydı, mətbuat işçiləri nahar fasiləsinə çıxar və bu barədə nəsə yazmağı özlərinə əziyyət bilərdilər. Bu ikili standartlar nəyə lazımdır? Niyə Ukraynada tökülən qan Qəzzada tökülən qandan bu qədər dəyərlidir?”

İzdiham qarşısında çıxış edən Baronessa Cenni Tonq isə bunları deyib: “İsrail nə etməyə çalışır? O artıq öz qanuniliyini itirib, daha demokratik ölkə hesab olunmur. İsrail beynəlxalq hüququ, Cenevrə konvensiyalarını kobud şəkildə pozur, insan haqlarına hörmət bəsləmir. İsrail millətlərdən ibarət beynəlxalq ailəni tərk eləməlidir”.

Təşkilatçılar, insanlar əzilməsin deyə, nitq söylənən zaman aralanmağı dəfələrlə izdihamdan xahiş edib. İki uşaq baryerin o biri tərəfinə, səhnənin yaxınlığına keçirilib. Təşkilatçılar 10 nəfərin izdihamda huşunu itirdiyini bildirib.

 Sələf Xəbər: Mərhum şeyx Əbdüləziz ibn Bəzz (Allah ona rəhmət etsin) demişdir: “Mən, nümayişlərdə iştirak etməyi hər hansı problemlərin həlli kimi münasib üsul hesab etmirəm. Əksinə, mən, bu nümayişləri bir qisim insanlarda fitnəyə, şərə, nifrətin alovlanmasına, digərlərinin isə haqlarının pozulmasına səbəb kimi görürəm. (Rəhbərə nəsihətin) şəri üsulları – şəriətə müvafiq həyata keçirilən yazışma, yaxşıya dəvət və mehribancasına nəsihətlərdir. Bu üsulları islam alimləri, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələri, və səmimi qəlblə onların ardınca gedənlər izah etmişdir. Bu üsullar, deyildiyi kimi, ictimaiyyət qarşısında rəhbərə qarşı hər hansı ittihamlar irəli sürmədən, onunla yazışma, söhbət və münasibətləri saxlamaqdan ibarətdir. Köməyi isə Allahdan istəmək lazımdır.” (“Müsəlman ilahiyyatçılarının müasirliyin çağırışlarına cavabları”, Fəsil 3).

Digər xəbərlər