Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Məscidlərə qarşı bu cür hücumlara son verilməsini istəyirik” – FOTO

Dekabr 22
20:10 2014

“Bunu törədənlər ən yaxın vaxtda yaxalanaraq məhkəmə qarşısında cavab verməlidirlər”

Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Dormaqen şəhərində tikilməkdə olan Süleymaniyyə məcsidi naməlum şəxslərin hücumuna məruz qalıb.

“Sələf Xəbər”-in ANS PRESS-ə istinadən məlumatına görə, tikintisi davam edən məscidin divarlarına irqçi şüarlar yazılıb və svastika çəkilib.

Türkiyənin Düseldof səfirliyinin Din işləri müşaviri Ramazan İlıkan hadisə yerində olub və baş verənlər barədə məlumat alıb.

“Məscidlərə qarşı bu cür hücumlara son verilməsini istəyirik. Bunu törədənlər ən yaxın vaxtda yaxalanaraq məhkəmə qarşısında cavab verməlidirlər”, – deyə Din işləri müşaviri bildirib.

Dormaqen Blədiyyə sədri Erik Lierenfeld hadisə yerinə gedərək möminlərlə görüşüb və hadisəyə görə təəssüf etdiyini bildirib. Türk-İslam birliyi Süleymaniyyə məscidinin sədri Dursun Pekdemir daha əvvəl də bu cür hücumlara və etirazlara məruz qaldıqlarını bildirib.

📷
sx-news-1246b
📷
sx-news-1246a

“Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.”

Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə

Digər xəbərlər