Obama: “İŞİD-lə mübarizədə geri çəkilməyəcəyik”
Fevral 12
16:10
2015
706 dəfə baxılıb
ABŞ Prezidenti Barak Obama İŞİD terror xəvaric qruplaşması ilə mübarizə aparmaqla bağlı bəyanatla çıxış edib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, Obama qeyd edib ki, terrorçuların mövqeləri bundan sonrada bombardman ediləcək.
“Bu mürəkkəb bir missiyadır, lakin biz geri çəkilməyəcəyik. Biz kəşfiyyatımızdan yeni məlumatlar almaqda davam edirik”, – deyə B.Obama bildirib.
ABŞ Prezidenti İŞİD terror xəvaric qruplaşması ilə müharibənin tezliklə bitməsinə inanmadığını vurğulayaraq, terrorçu qruplaşma ilə mübarizənin üç il davam edəcəyini bildirib.
Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında danışmağı onun şərtlərini, qaydalarını bilən alimlər edə bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.