Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Bakıdan Rusiyaya yeni yol məsafəni 16 km azaldacaq

İyul 18
10:51 2014

Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev Trend-ə bildirib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132-192-ci kilometrlik hissəsində 1b texniki dərəcəli yeni yolun tikintisi davam etdirilir.

Şabran rayonunun Gəndov qəsəbəsindən başlayaraq Rusiya sərhədinədək uzanacaq yolun uzunluğu 60 km olacaq. Layihəyə əsasən, 8 yolötürücüsü, 15 körpü, kəndlərarası yollarda keçid məqsədilə 16 düzbucaqlı boru, beynəlxalq qaz və neft boruları üzərində 7 yükgötürücü qurğu, 280 yerdə müxtəlif diametrli borular və dəmir-beton qurğuların inşası nəzərdə tutulub.

Yol boyu torpaq işlərinin 80 faizi yerinə yetirilib, 8 km məsafədə 2 qat asfalt-beton örtük döşənib, suötürücü boru və qurğuların 90 faizi tikilib. Hazırda tikinti işləri tərtib olunmuş qrafik əsasında davam etdirilir.

Mövcud 2 hərəkət zolaqlı Bakı-Rusiya avtomobil yolunun alternativ variantı olacaq bu layihə başa çatdıqdan sonra həmin istiqamətdə 16 km məsafəni qısaltmaqla yanaşı, nəqliyyat vasitələrinin fasiləsiz, maneəsiz və sürətli hərəkətini təmin edəcək.

 Sələf Xəbər: Uca Allah buyurur: “Yerin onları yırğalamamağından ötrü orada möhkəm dağlar yaratdıq. Onlar (istədikləri yerə) gedə bilsinlər deyə, orada geniş yollar saldıq.” (Müqəddəs Quran, “Ənbiya” surəsi, 31-ci ayə).

“Uca Allah ayədə bütün yer üzünə səpələnmiş Öz möcüzələrindən bəzilərini sadalayır. Bu möcüzələr Onun qüdrətini, kamilliyini, vəhdətini və rəhmli olmasını təsdiq edir. Həmin möcüzələrdən biri də Allahın yer üzündə dağları istehkam kimi yerləşdirməsidir. Yer ancaq dağların sayəsində sarsılmazlıq əldə etmişdir və yerin onun üzərində yaşayan qullarla birlikdə silkə¬lənməməyi üçün Allah yerdə nəhəng payalara bənzər dağlar yaratmışdır. Əgər yer fasiləsiz olaraq silkələnsəydi, onda Allahın qulları onun üstündə yaşaya və əkinçiliklə məşğul ola bilməzdilər. Yerdə dağ silsilələrinin mövcudluğu məxluqlara çox böyük fayda verir, lakin əgər yüksək və qüdrətli dağlar bir-biri ilə birləşərək vahid dağ silsiləsi yaratsaydı, onda onlar müxtəlif ölkələrin sakinlərinə bir biri ilə əlaqə saxlamağa maneə olardı. Bax buna görə də Allahın müdrikliyi və mərhəməti tələb edirdi ki, O (Pak və Müqəddəs Olan), dağların arasından yollar salsın. Uca Allah bu yolları düz və keçilən etdi ki, insanlar çətinlik çəkmədən bir tərəfdən başqa tərəfə gedə bilsinlər və bunun sayəsində onlar öz Xeyirxahlarının təkliyinə əmin olurdular.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər