Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Fransada qəzaya uğramış təyyarənin köməkçi pilotu ilə bağlı dəlillər

Mart 27
20:22 2015

“Germanwings” aviaşirkətinin “Airbus A320” tipli təyyarəsinin qəzaya uğramasının ehtimal edilən səbəbkarı Andres Lubitsan təyyarənin qəzaya uğradığı gün xəstəlik məzuniyyətində olub.

“Reuters” agentliyinin məlumatına əsasən isə, A.Lubitsan xəstə olduğunu işlədiyi aviaşirkətin rəhbərliyindən gizlədib. Məlumatda, həmçinin bildirilir ki, A.Lubitsanın hərəkətlərində siyasi və ya dini motivlər olmayıb.

Fransada çərşənbə axşamı qəzaya uğramış təyyarənin ikinci pilotu Andres Lubitsanın evində axtarış zamanı “həlledici dəlillər” aşkar edilib.

“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, bu barədə kanal N24 Düsseldorf prokurorluğundakı mənbəyə istinadən məlumat yayıb.

Lakin prokurorluq bu dəlilin pilotun vida məktubu olmasını təsdiq etməkdən rəsmi olaraq imtina edib.

Bundan əvvəl də prokurorluq və polis əməkdaşları pilotun Düsseldorfdakı evində, həmçinin Mоntаbur şəhərindəki qohumlarının evində axtarışlar aparıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları A.Lubitsanın ailəsinə məxsus bəzi şəxsi əşyaları, həmçinin kompyuterləri götürüb.

A.Lubitsan 6 il əvvəl dərin depressiyadan əziyyət çəkib və bununla əlaqədar müntəzəm olaraq həkim nəzarətində olub.

Xatırladaq ki, “Germanwings” aviaşirkətinin “Airbus A320” tipli təyyarəsi çərşənbə axşamı Alp dağlarında qəzaya uğrayıb. Son məlumatlara görə, Barselonadan Düsseldorfa uçan laynerin qəzaya uğraması nəticəsində 150 nəfər həlak olub. Təyyarədə Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub.

Sələf Xəbər: Uca Allah buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz, heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Loğman” surəsi, 34-cü ayə)

“Yalnız Uca Allah bilir ki, insanı sabahkı gündə hansı maddi və mənəvi nəaliyyətlər gözləyir. Təkcə Allaha məlumdur ki, insana harada ölməsi nəsib olacaqdır. Bu şeylər haqqında biliklərə Allahdan başqa heç kim sahib deyildir və bu – Allahın elminin cüzi bir hissəsidir ki, tamamilə bütün varlıqları əhatə edir. Bilən və Xəbərdarolan adları – Allahın gözəl adları arasındadır. Ona aşkarda və qeybdə olanlar da, gizlində və açıqda olanlar da məlumdur”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər