Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 07.12.2014

Dekabr 07
12:14 2014

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

🌎

MTN Qaraçuxur məscidini yandıranların kimliyini açıqladı (Şok təfərrüat)


Milli Təhlükəsizlik Nazirliyi (MTN) Qaraçuxur məscidinin yandırılması ilə bağlı məlumat yayıb.

“Sələf Xəbər”-in Avropa.info-ya istinadən xəbərinə görə, MTN-in İctimai Əlaqələr Mərkəzindən daxil olan məlumatda bildirilir ki, 2014-cü il noyabrın 26-da saat təxminən 02:04 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən “Cümə” məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılmaqla orada yanğın törədilmişdir. Daha ətraflı

Bakıda yaşayan “peyğəmbər”lərin şok siyahısı


Azərbaycanda yeni “peyğəmbərlər” ordusu yetişir. Demə, Bakıda özünü Allahın elçisi elan edən onlarla belə insan varmış.

“Sələf Xəbər”-in məlumatına görə, Axar.az-ın qeyri-ənənəvi təriqətlər barəsində araşdırmaları ortaya çıxardı ki, ölkədə özünü “peyğəmbər” elan edənlər sürətlə artmaqdadır və bu, ölkə əhalisinin sayı ilə müqayisədə rekord həddədir. Daha ətraflı

Peyğəmbər məscidi genişləndirilir – VİDEO


“Sələf Xəbər” alanba.com.kw saytına istinadən bildirir ki, Səudiyyə Ərəbistanı Kralı və İki Müqəddəs Məkanın Xadimi Mədinədəki Peyğəmbər məscidinin genişləndirilməsi üçün qərar verdiyinə görə, məscidə yaxın mehmanxanaları hökumət sahiblərindən pul ilə alaraq sökməyə başlayıblar.

Həmin mehmanxanalardan biri olan “Rihəb əl-Misk” mehmanxanasının sürüşdürmə yolu ilə bir neçə saniyədə sökülməsi görüntülərini sizə təqdim edirik. Daha ətraflı

Suriyada döyüşmüş Azərbaycan vətəndaşı aeroportda həbs edildi


Suriyada döyüşlərdə iştirak etmiş azərbaycanlı həbs edilib.
“Sələf Xəbər” Lent.az-a istinadən əldə etdiyi məlumata görə, 1985-ci il təvəllüdlü Şahbazi Bəhruz Bəxtiyar oğlu Heydər Əliyev Beynəlxalq Aeroportunda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Aparılan araşdırmalar zamanı onun Türkiyə vasitəsi ilə Suriyaya gedərək döyüşlərdə iştirak etdiyi məlum olub. Daha ətraflı

Prezident (Allah onu qorusun): “İŞİD son 10 ildə Yaxın Şərqdə həyata keçirilən siyasətin bəhrəsi və həmin siyasətin nəticəsidir”


“Vəziyyəti düzgün qiymətləndirmək üçün bu qondarma strukturun necə əmələ gəlməsini, haradan meydana çıxmasını dəqiq başa düşmək lazımdır”

“Terrorçuları yaxşılara və pislərə bölmək olmaz. Yəni sənin düşməninə qarşı mübarizə aparan terrorçu yaxşı, sənin özünə qarşı mübarizə aparan isə pis terrorçudur. Mənim fikrimcə, öz həllini tapmalı olan başlıca məsələ budur. Bu məsələ dünyanın aparıcı ölkələri tərəfindən həll edilməyincə, radikalizmə və terrorizmə qarşı mübarizədə ümumi anlaşma olmayınca belə vəziyyətlər daim yaranacaq”. Daha ətraflı

Britaniyada uşaqlara İslam peyğəmbərinin (Allahın ona salavat və salamı olsun) adı verilir


Britaniyada yeni doğulan oğlan uşaqlarına verilən adlar arasında ən populyar olanı Məhəmməd adıdır.

“Sələf Xəbər” cumhuriyyet.az-a istinadən bildirir ki, bu barədə Britaniyanın BabyCentre internet portalında dərc edilmiş sorğunun nəticələrində qeyd edilib. Sorğunun nəticələrinə görə, Oliver adı 2-ci yerdə, Jack adı isə Britaniyada 3-cü yerdədir.

Britaniyanın ən populyar 100 ad siyahısını Ömər, Əli, İbrahim kimi adlar zəbt edib. Qızlara verilən adlar arasında isə ən populyarı Sofiya adı olub. Daha ətraflı

İŞİD terror xəvaric qruplaşması özünü məhv edir


Terrorçuların 25 üzvünü güllələyərək öldürdüyü bildirilir. İŞİD terror xəvaric qruplaşması artıq öz üzvlərini də kütləvi şəkildə öldürür.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, İŞİD terror xəvaric qruplaşmasının Mosulda baş verən son qarşıdurmalarda yaralanan 25 üzvünü güllələyərək öldürdüyü bildirilir. Bu haqda xəbəri Kürdistan Demokrat Partiyası Mosul nümayəndələrindən olan Səid Məmuzini verib. Daha ətraflı

“Hicabını aç, uşaqlarını qaytaraq” – Belə hadisə heç yerdə görünməmişdi, Avropanın “göbəyi”ndə oldu


Fransada yaşayan türk xanım Hülya Beyazit, zorla əlindən alınaraq himayədar ailələrə verilən uşaqlarını geri almaq üçün hüquq savaşı verir.

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, Fransız məhkəməsi Hülya Beyazitin qonşularının şikayəti əsasında əlindən alınan 5 uşağının qaytarılması üçün hicabdan imtina etməsini istədi. Fransanın ölkədə yaşayan azlıqlara tətbiq etdiyi irqçi siyasəti, İslamafobik bir düşüncəni məhkəmədə əks etdirən hakimin istəyini türk ailə rədd edib. Daha ətraflı

Facebook və twitter radikallığı yaymaqda ittiham olunurlar


“Sələf Xəbər” alarabiya.net- ə istinadən xəbər verir ki, hələ də beynəlxalq səylər radikal qruplaşmaların fikirlərinin internet şəbəkələrində yayınlanmasına son qoymağa müvəffəq ola bilmir.

Buna görə də beynəlxalq texnologiya şirkətləri radikalların fəaliyyətlərini dayandırmaqda köməkləşmədikləri və əksinə yayınlamaqda davam etdikləri üçün ittiham olunmaqdadırlar. Artıq bu böhran dünyadakı anti terror təşkilatlarındakı ekspertlərin və bu sahə uzre məsul olan şəxslərin diqqətindən yayınmır. Daha ətraflı

Şeyx Sudeys Kəbə məscidində namaz qıldırarkən səhhətində nasazlıq baş verib – VİDEO


“Sələf Xəbər” alanba.com.kw-a istinadən xəbər verir ki, Kəbə məscidinin imamı Şeyx Əbdür Rəhman əs-Sudeys Kəbədə imamlıq edərkən birinci rükətin “Fatihə” surəsini oxuyan zaman səsi tutulub.

Sosial şəbəkə fəalları bu video lenti yaymış və onun üçün Uca Allahdan tezliklə şəfa diləyərək hər bir pislikdən qorumasını istəmişdirlər. Daha ətraflı

Digər xəbərlər