Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 08.11.2015

Noyabr 08
10:19 2015

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

🌎

İlham Əliyev (Allah onu qüvvətləndirsin) Azərbaycanın şimal-qərb bölgəsində səfərdədir


Azərbaycan Prezidenti İlham Əliyevin (Allah onu qüvvətləndirsin) şimal-qərb bölgəsinə səfəri başlayıb.
“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, səfər Zaqatala rayonundan başlanıb. Dövlət başçısı Müəllimlər İnstitutunun Zaqatala rayon filialının binasının açılışında iştirak edib. Daha ətraflı

🌎

Ölkəmizdə falçılıq rəsmən qadağan edilir – VİDEO


Dini ayinlərin və mərasimlərin yalnız rəsmi aidiyyəti şəxslər tərəfindən keçirilməsi ilə bağlı Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qərar layihəsi hazırlanır. Daha ətraflı

🌎

Quranı anlamağın yeddi üsulu – İnfoqrafika


Qurani-Kərim uca Allahın bizə göndərdiyi rəhmət və mərhəmətlə dolu kitabdır. Bu kitab bizə doğru yol göstərir və qəlblərdə olan xəstəlikləri təmizləyir. Daha ətraflı

🌎

3-cü xəlifə Osman bin Əffanın vaxtında yazılmış Quran belə idi – VİDEO


Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun) 3-cü xəlifəsi Osman bin Əffanın ( Allah ondan razı olsun) xilafəti dövründə Qurani-Kərimin 7 nüsxəsi yazılmışdır. Sonralar bu nüsxələr müxtəlif şəhərlərə – Məkkə, Şam, Bəsrə, Bəhreyn, Kufə, Yəmənə göndərilmiş, biri isə Mədinədə qalmışdır. Daha ətraflı

🌎

İŞİD İslam dövlətidirmi?! – İNFOQRAFİKA


İslam dinindən öncə insanların müdaxiləsi ilə təhrif edilmiş din mənsubları və cahiliyyət dönəminə aid qayda-qanunlara görə müharibə edən tərəflər bir-birinə qarşı olduqca amansız, qayda-qanunsuz döyüşür, məğlub olan tərəfi talan edir, evləri viran qoyur, qadın-uşaq demədən hər kəsi amansızcasına qətlə yetirirdilər. Daha ətraflı

🌎

Okyabr ayı üçün SUAL-CAVAB


Əssələmu aleykum və rəhmətullahi və bərəkətuhu!
Dəyərli oxucularımız “Sələf Xəbər” saytı Oktyabr ayı üçün sualların cavablarını sizə təqdim edir. Daha ətraflı

🌎

47 nəfər xristian islamı qəbul etdi


“Sələf Xəbər”in twasul.info saytına istinadən məlumatına görə Səudiyyə Ərəbistanı ər-Riyad şəhərinin şimalında fəaliyyət göstərən “Dəvət və Təbliğ” təşkilatı ötən cümə günü böyük uğur əldə etmişdir. Təşkilatın qeyri-müsəlmanlarla keçirdiyi dəvət-təbliğat forumu nəticəsində 47 nəfər Filippinli islamı qəbul edib. Daha ətraflı

🌎

Suriya hökumət qüvvələrinin əsgər və zabitləri qəfəslərdə canlı sipər edildi – VİDEO


Suriyalı müxaliflər hökumət qüvvələrinin Doma şəhərinin dinc sakinlərini bombardman etməsinə cavab olaraq əsir düşmüş əsgər və zabitləri ailələri ilə birlikdə dəmir qəfəslərə salaraq bombardman edilən ərazilərə yerləşdirərək Bəşər Əsədə “buranı bombalasan, sənin adamların da bizimlə öləcəklər!”, “biz öləcəyiksə, onlar da öləcəklər!” – kimi şüarlar səsləndiriblər. Müxalif qüvvələr bu addımı dinc sakinləri hədəfləyən bombardmanın qarşısını almaq üçün etdiklərini deyiblər. Daha ətraflı

🌎

Türkiyə İŞİD-i türkmənlərlə vurub – VİDEO


Türk F16-ları Suriyanın Harcele kəndində İŞİD terror xəvaric qruplaşmasının məntəqələrinə qarşı böyük əməliyyat keçirdib.
“Sələf Xəbər” Yenicag.az-a istinadən xəbər verir ki, türk qırıcıları İŞİD terror xəvaric qruplaşmasının nəzarətində olan bölgəyə bombalar yağdırıb. Daha ətraflı

🌎

Misirdə qəzaya uğrayan təyyarənin hadisə yerindən ilk görüntüləri – VİDEO


Oktyabrın 31-də səhər Misirdə qəzaya uğrayan А321 tipli sərnişin təyyarəsinin ilk görüntüsü yayılıb.
“Sələf Xəbər”in “A24.az”-a istinadən verdiyi xəbərə görə, hadisə yerindən çəkilən görüntüdə sərnişinlərin şəxsi əşyaları və təyyarənin qalıqlarını görmək mümkündür. Daha ətraflı

🌎

Digər xəbərlər