HƏFTƏNİN YEKUNU – 10.04.2016
1. 425 dəfə baxılıb
SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.
Həftənin ən vacib xəbərləri
İlham Əliyev (Allah onu qüvvətləndirsin): “İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyini şərtləndirir”
“İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyini şərtləndirir”.
“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) aprelin 9-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda səsləndirib. Daha ətraflı
Düşməndən təmizlənən Talış kəndinə lövhə sancıldı
Azərbaycan ordusunun ermənilərdən təmizlədiyi Talış kəndinə yeni lövhə asılıb.
Bu yüksəklik ordumuz üçün çox böyük əhəmiyyət kəsb edir.
“Sələf Xəbər” xəbər verir ki, ANS televiziyasının əməkdaşlarının çəkdiyi görüntülərdə kəndin bizim nəzarətimizdə olduğu aydın görünür. Daha ətraflı
Ermənistan Qarabağa Rusiya ordusunu gətirmək niyyətindədir
Bu gün Ermənistan parlamentinin iki aparıcı fraksiyası münaqişə zonasına sülhməramlıların gətirilməsinin vacibliyindən danışıblar.
Hakim Ermənistan Respublika Partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan və ana müxalifət partiyası Erməni Milli Konqressinin fraksiya rəhbəri Levon Zurabyan bu məsələdə faktiki olaraq razılığa gəlindiyini bildirib. Daha ətraflı
Ermənilərin komanda-qərargah məntəqəsinin darmadağın edilməsi əməliyyatının görüntüləri yayıldı – VİDEO
Azərbaycan Müdafiə Nazirliyi düşmənin komanda-qərargah məntəqəsinin darmadağın edilməsi ilə bağlı həyata keçirilən əməliyyatın video görüntüsünü yayıb.
“Sələf Xəbər”in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, əməliyyat bu gün keçirilib. Daha ətraflı
İlham Əliyev (Allah onu qüvvətləndirsin): “Biz öz torpağımızda vuruşuruq”
“Erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun”.
“Haqqımızı tələb edirik”.
“Bizim heç bir günahımız yoxdur. Biz sadəcə olaraq bu təxribata cavab vermişik. Düz də etmişik. Bizə qarşı yenə təxribat törədilərsə, onlar yenə də öz cəzalarını alacaqlar. Bu, bir. İkincisi, biz öz torpağımızda vuruşuruq”. Daha ətraflı
“Lələ-Təpə” yüksəkliyi… – FOTO
Azərbaycan Ordusunun işğaldan azad etdiyi strateji yüksəklik-Lələ-Təpədən (Lalə-Təpə) yeni fotolar yayılıb. Füzuli rayonu ərazisində yerləşən bu zirvə işğal altında olan digər rayon, kənd və yaşayış məntəqələrimizə gedən yolu nəzarətdə saxlamağa imkan verir.
“Sələf Xəbər” “Qafqazinfo”ya istinadən “Lələ-Təpə”yə gedən yoldan Fərqanə Novruzovanın çəkdiyi fotoları təqdim edir: Daha ətraflı
Şeyx Fovzan – Şayiə yaymaq böyük günahdır
Müsəlmanın ən üstün cəhəti onun əxlaqının fərqli olmasındadır. Müsəlman sözü Peyğəmbərin şəriəti ilə Allah qarşısında itaətkarlıq göstərərək təslim olan deməkdir. Bu baxımdan əsl müsəlman o kimsədir ki, bütün hərəkət, söz və davranışlarını Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) təlimləri əsasında qursun. Daha ətraflı
İƏT: “Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərini dərhal və qeyri-şərtsiz azad etməlidirlər”
İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağda baş verən prosesləri və Erməni silahlı qüvvələrin Azərbaycanın işğal altındakı torpaqlarında həyata keçirdiyi hücumları dərin narahatlıqla izlədiyini bildirib. Daha ətraflı
Cəbhə xəttində əməliyyatlar dayandırıldı
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.
“Sələf Xəbər” Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, aprelin 5-də saat 12:00-dan etibarən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.
Silahlı Qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir. Daha ətraflı
Səfir: “Əvvəlcə beş, sonra iki rayon qaytarılmalıdır”
“Daimi Şurada da qeyd etdik ki, Minsk Qrupu formatında Ermənistan və Azərbaycanın iştirakı ilə effektiv danışıqların aparılmasının tərəfdarıyıq. Bunun üçün Ermənistanın hələ də şansı var. Biz münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq. Hesab edirik ki, ATƏT çərçivəsində qəbul edilmiş qərarlar buna imkan verir. ATƏT-in Helsinki Yekun Aktının prinsipləri əsasında mərhələli həll yolu mövcuddur”. Daha ətraflı