HƏFTƏNİN YEKUNU – 14.12.2014
885 dəfə baxılıb
SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.
Həftənin ən vacib xəbərləri
“İlham Əliyev (Allah onu qorusun) namaz qılır” – QMİ-nin sədri – VİDEO
“Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev (Allah ona rəhmət etsin) təyyarədə namaz qılarkən soruşdum ki, namaz qılmağı nə zaman öyrənmisiz. O da uşaqlıqdan namaz qılmağı bacardığını dedi”.
“Prezident İlham Əliyev (Allah onu qorusun) ilə birlikdə Kəbə evində namaz qılmışıq”.
“Sələf Xəbər” Avropa.info.az-a istinadən xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Allahşükür Paşazadə ANS-in prezidenti Vahid Mustafayevə müsahibəsində deyib. Daha ətraflı
Şeyx Fövzan: “Cahillər fitnə anında danışarlarsa, fitnə daha da artar”
Sual: Fitnə anında bəyənilməyən susmaqla bəyənilən susmaq və ona müdaxilə etməmək arasındakı fərqi necə ayırd edə bilərik?
Şeyx: Fitnə anında yalnız elm və bəsirət əhli danışmalıdır. Hər kəs danışmalı deyil. Cahillər fitnələr anında danışarlarsa, fitnə daha da artar. Lakin o anda alimlər danışaraq bəyan edərlərsə, Allahın izni ilə fitnə sönər. Fitnə barədə kim gəldi danışa bilməz. O barədə yalnız haqqı batildən ayırd edən və danışmağı bacaran elm və bəsirət əhli danışmalıdır. Hər kəs fitnə zamanında danışıb bu məsələyə müdaxilə edib fətva verməməlidir. Daha ətraflı
Şeyx Fövzan: “Əhli sünnəni başçıya itaətdə mübaliğə ilə ittiham edənlər Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) ittiham etmiş sayılırlar” – VİDEO
Sual verən: Hörmətli Şeyx, Allah sizi qorusun. Sual verən deyir ki, bəziləri günah istisna olmaqla ölkə başçılarını eşidib itaət etməyin vacibliyini və nəsihətin (camaat arasında deyil) gizlində edilməsini deyənləri itaətdə mübaliğə (şişirtmə) edənlər olduğunu deyir və əməllərini də başçıya mübaliğə sayırlar.
Şeyx: Bu Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) ittiham etməkdir. Hətta, Uca Allahı da ittiham etməkdir. Allah-Təala buyurmuşdur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!” (ən-Nisə 59). Daha ətraflı
Şeyx Fövzan: “Alimlərə etibar itərsə…”
Əsrin hörmətli alimi Şeyx Saleh ibn əl-Fövzanın (Allah onu qorusun) qiymətli dərsini sizə təqdim edirik. O demişdir:
“Həmd olsun Allaha, salavat və salam olsun Onun rəsuluna. Siz bu iki ayəni oxuyursunuz. Onlar Allah-Təalanın bu sözləridir: “(Ya Rəsulum!) Onlardan (Təbuk döyüşünə gedərkən sizi lağa qoyan münafiqlərdən nə üçün belə etdiklərini) soruşsan: “Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)”,- deyə cavab verərlər. De: “Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?! (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik”. (ət-Tövbə 65-66) Daha ətraflı
Noyabrda terrorçular tərəfindən 5042 nəfər qətlə yetirilib
Bu ilin noyabr ayında dünyada terrorçular tərəfindən 5042 nəfər qətlə yetirilib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə BBC World Service və Londondakı Kral Kollecinin birgə araşdırmasında deyilir.
Hesabatda qeyd olunur ki, ən çox insanı “İslam dövləti” terror xəvaric qruplaşmasının tərəfdarları öldürüblər. Onların hücumları nəticəsində 2206 nəfər həlak olub. Siyahıda “İslam dövləti”ndən sonra “Boko Haram” və “Taliban” gəlir. Bu qruplaşmaların hesabında müvafiq olaraq 801 və 720 qətlə yetirilmiş insan var. Daha ətraflı
ŞOK: İŞİD terror xəvaric qruplaşmasının qətliamının sirri açıldı?
İŞİD terror xəvaric qruplaşması üzvlərinin ötən ay 22 suriyalının görünməmiş qətliamı ilə bağlı yaydığı görüntüdə bir sıra suallara aydınlıq gətirilib.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, ABŞ-da yerləşən Terrorizm Araşdırma və Analiz Konsorsiumu (TRACK) üzə çıxarıb ki, həmin qətliamın görüntüləri terrorçulara 200 min dollara başa gəlib.
Ən son texnologiya və peşəkar mütəxəssislərin araşdırmasından belə qənaət gəlinib ki, video çəkilişi 4-6 saat davam edib: “Bəzi səhnələr bir neçə dəfə çəkilib. Görüntülər ən son istehsal olunan kameralarla qeydə alınıb. HD kameralarla çəkilən videonun xərci isə ən azı 200 min dollardır”. Daha ətraflı
Uşaqlarımızda terrorçuluğa və terrora qarşı ikrah hissi oyatmağın zərurəti
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bilin ki, sizlərdən hər biriniz bir cavabdehsiniz və hər biriniz rəiyyətinə görə məsuliyyət daşıyırsınız. İnsanların başında duran dövlət başçısı (imam) bir cavabdehdir və öz rəiyyətinə görə məsuliyyət daşıyır. Kişi öz ev əhlinə görə cavabdehidir və onlara görə məsuliyyət daşıyır. Qadın ərinin evinə və onun uşaqlarına görə cavabdehdir və onlara görə məsuliyyət daşıyır. Qul öz ağasının malına görə cavabdehdir və ona görə məsuliyyət daşıyır”. Rəvayətçi deyir ki, həmçinin dedi: “Kişi atasının malına görə cavabdehdir və ona görə məsuliyyət daşıyır. Hər biriniz cavabdehsiniz və rəiyyətinizə görə məsuliyyət daşıyırsınız”.(Buxari, (853); Müslim, (1829), Əbu Davud (2928) və başqaları rəvayət etmişdir.) Daha ətraflı
Ə. Həsənov: “Müsəlmanlar terrorçu kimi təqdim olunur”
“İki lider – Mustafa Kamal Atatürk və Heydər Əliyev tərəfindən Türkiyə-Azərbaycan münasibətlərinin təməli sağlam qurulub”.
“Sələf Xəbər” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Bakıda “Türkiyə və Azərbaycan mediası: Tarixi müqayisələr və ənənəvi mediadan İnternet mediasına keçid” mövzusunda keçirilən konfransda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Ə. Həsənov bildirib ki, bu iki dövlət bir yerdədir: “Ölkə başçılarımız – Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev bütün məsələlərdə iki ölkənin maraqlarından çıxış edərək vahid hədəflər uğrunda addımlar atırlar, xarici ölkələrdəki diaspor təşkilatlarımız eyni məqsədə xidmət edirlər, diplomatik korpuslarımız, səfirliklərimiz mütəmadi olaraq qarşılıqlı əlaqələr çərçivəsində fəaliyyət göstərirlər, bir-birləri ilə daim məsləhətləşmələr aparır, eyni hədəflərə doğru hərəkət edirlər. Belə olan halda niyə media orqanları birgə fəaliyyət göstərməsinlər? Bu yaxınlarda Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində keçirilmiş tədbirdə forpost hesab edilən ölkənin başçısı, Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin əleyhinə danışarkən Azərbaycan prezidenti “Türkiyə burda yoxdur, mən varam və sizin cavabınızı da mən verəcəyəm” demişdi. Bu ifadənin özü bu gün də dövlət başçılarımız səviyyəsində, iki ölkə arasında münasibətlərin göstəricisidir”. Daha ətraflı
Ölümdən başqa bütün xəstəliklərə çarədir
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qara zirə haqqında deyib ki, bu qara dənəcik ölümdən başqa bütün xəstəliklərin dərmanıdır.
“Sələf Xəbər” Milli.Az-a istinadən xəbər verir ki, müasir bioloji təbabətdə də faydalı xüsusiyyətləri tam təsdiq olunan bitkilərdən biri qara zirədir. Demək olar ki, qara zirənin tərkibində insan orqanizmi üçün zəruri olan bütün maddələr var. Məhz bu zəngin tərkibinə görə onun orqanizmə müsbət təsirlərini saymaqla qurtarmaq olmaz.
Şəkərli diabet (ikinci tip) zamanı gün ərzində 2 qram qara zirədən istifadə etmək qanda şəkərin səviyyəsini aşağı salır. Yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün qara zirədən istifadə ən yaxşı vasitələrdən biridir. Daha ətraflı