Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 15.11.2015

Noyabr 15
12:18 2015

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

🌎

İlham Əliyev (Allah onu qüvvətləndirsin): “Terrorun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik”


Azərbaycan prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) Fransada baş vermiş dəhşətli terror aktları ilə əlaqədar bu ölkənin prezidenti Fransua Ollanda dəstək və başsağlığının əks olunduğu məktub göndərib. Daha ətraflı

Şeyx Saleh əl-Luheydan: Fransada baş verən terror hadisəsinə münasibət


“Sələf Xəbər” sizə Səudiyyə Ərəbistanın Qazilər Şurasının sabiq sədri müdrik alim Şeyx Saleh bin Muhəmməd əl-Luheydanın Fransada törədilmiş terror aktına olan münasibətini təqdim edir. Daha ətraflı

🌎

Əbdüləziz Ali Şeyx: “Ərəb cəhənnəmi” ümməti ötən əsrlərə qaytardı…”


“Sələf Xəbər”in ərəb mediasına istinadən xəbərinə görə, Səudiyyə Ərəbistanının müftisi möhtərəm Əbdüləziz Ali Şeyx qış fəslinin gəlişi ilə əlaqədar olaraq xeyriyyəçi insanlara və təşkilatlara səslənərək soyuq qış günlərində kasıb və fağır-füqəraya daha çox qayğı göstərilməsini tövsiyə edib. Ələlxüsus, müharibə səbəbi ilə ölkəsindən, ev-eşiyindən didərgin düşmüş qaçqınlara diqqət ayırmağın önəmli olduğunu vurğulamışdır. Daha ətraflı

🌎

Türkiyədə İŞİD-ə qoşulmaq istəyən 14 azərbaycanlı yaxalanıb


Türkiyənin Adana vilayətində polisin antiterror əməliyyatları çərçivəsində 38 xarici vətəndaş saxlanılıb.
“Sələf Xəbər” Trend-ə istinadən məlumat verir ki, saxlanılan şəxslərin 14-ü Azərbaycan vətəndaşıdır. Daha ətraflı

🌎

İlham Əliyev (Allah onu qüvvətləndirsin): “Alimlərimizi dəyərli təkliflərini verməyə çağırıram”


“Yeni təhdidlər və təhlükələrin mövcud olduğu dünyada hər bir ölkənin öz resurslarına arxalanması vacibdir”.

“Azərbaycan Milli Elmlər Akademiyası 70 il ərzində uğurlu yol keçib. Alimlərimiz araşdırmaları ilə Azərbaycanın inkişafına töhfə verib, alimlərimizin sayəsində ən müxtəlif sahələrdə müasir texnologiyalar tətbiq edilib”. Daha ətraflı

🌎

Azərbaycanın möhtəşəm dağları – FOTO


Baku Media Center Azərbaycanın təbiətinin incisi Daşkəsəndə Qoşqar dağlarının yeni fotolarını təqdim edib.
“Sələf Xəbər” Oxu.Az-a istinadən Azərbaycanın füsunkar təbiətinin gözəlliyini əks etdirən bu fotoları təqdim edir: Daha ətraflı

🌎

İŞİD 200 suriyalı uşağı güllələyib – ŞOK VİDEO


İŞİD terror xəvaric qruplaşması yeni qətliam görüntüləri yayınlayıb.
“Sələf Xəbər” Teleqraf.com-a istinadən xəbər verir ki, videoda terrorçuların 200 uşağı güllələdiyi əks olunub. Daha ətraflı

🌎

Nümunəvi müsəlman olmaq üçün ümumi vəsflər və dəyərlər vardır – İNFOQRAFİKA


Nümunəvi müsəlman olmaq üçün ümumi vəsflər və dəyərlər vardır. Sizə təqdim etdiyimiz bu infoqrafikada nümunəvi müsəlman olmaq üçün ümumi vəsflər verilmişdir. Bu vəsflərə sahib olmaqla biz deyilən keyfiyyətdə müsəlman ola bilərik. Daha ətraflı

🌎

Ərdoğan: “Terrorun milliyyəti, vətəni, dini olmur”


“Artıq terrorizmlə mübarizədə sözlərə yer yoxdur”.
Antalyaya G-20 sammitinə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Fransua Ollanda və bütün Fransa xalqına dərin hüznlə başsağlığı verib. Daha ətraflı

🌎

Azərbaycanlı tələbənin kəşfi dünyanın diqqətini çəkib


“Sələf Xəbər” A24.az-a istinadən məlumat verir ki, Texniki Universitetin 4-cü kurs tələbəsi Fazil Sahibli pilotsuz uçan aparatın uçuş müddətini artırmağa nail olub. Bir ildir layihə üzərinə işləyən Fazil deyir ki, bu istiqamətdə çalışmasının məqsədi hərbidə insan resursunu azaltmaqdır. Daha ətraflı

🌎

Digər xəbərlər