Azərbaycanlı tələbənin kəşfi dünyanın diqqətini çəkib
Noyabr 14
17:52
2015
1. 246 dəfə baxılıb
Pilotsuz aparatın uçuş müddəti artırıldı.
22 yaşı var, amma bu yaşında bir neçə ölkənin diqqətini öz layihəsinə çəkə bilib.
“Sələf Xəbər” A24.az-a istinadən məlumat verir ki, Texniki Universitetin 4-cü kurs tələbəsi Fazil Sahibli pilotsuz uçan aparatın uçuş müddətini artırmağa nail olub. Bir ildir layihə üzərinə işləyən Fazil deyir ki, bu istiqamətdə çalışmasının məqsədi hərbidə insan resursunu azaltmaqdır.
“İndi bildiyimiz pilotsuz təyyarələrin havada qalma müddəti maksimum 5 gündür. Amma mənim düzəltdiyim təyyarənin müddəti isə 2 aydan 1 ilə qədərdir. Onun texnologiyasını elə fikirləşmişəm ki, onun radara düşmə ehtimalı da olmasın. Radara düşmürsə, insan gözü ilə də seçilmir”, – deyə Fazil Sahibli bildirib.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)