Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 18.10.2015

Oktyabr 18
08:18 2015

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

🌎

Şeyx İbn Useymin: Aşura orucu – VİDEO


“Sələf Xəbər” Şeyx İbn Useyminin bir illik günahların bağışlanmasına səbəb olan Aşura günü oruc tutmaq haqqında videosunu sizlərə təqdim edir. Daha ətraflı

🌎

Aşura günü


Aşura günü həm müsəlmanların, həm də islamdan əvvəlki ümmətlərin yaddaşında mühüm hadisələrin baş verdiyi gün kimi yadda qalmışdır. Ona görə də insanlar bu gündə Allah Təalaya şükür olaraq oruc tuturlar.

2015-ci il üçün aşura günü oktyabr ayının 24-nə müvafiq olacaqdır. Ayın 23+24, 23+24+25, yaxud 24+25-ci günləri oruc tutmaq Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) tövsiyə etdiyi əməllərdəndir.

Sələf Xəbər redaksiyası sizə aşura günündən bəhs edən dəyərli məqaləsini təqdim edir: Daha ətraflı

🌎

Kərbəla hadisəsi: Quran və sünnə işığında


“Sələf Xəbər”-in təqdim etdiyi bu məqalədə, bütün müsəlmanların ürək acısı ilə xatırladığı bir faciə – əsrlər öncə Məhərrəm ayında İmam Hüseynin (Allah ondan razı olsun) xaincəsinə qətlə yetirilməsinə dair həqiqətlər yer alıb. Daha ətraflı

🌎

Terrorçuların çeçen lideri Əbu Bəkr Əş-Şişani öldürülüb


Rusiya aviasiyasının Suriyanın Homs əyalətində endirdiyi zərbələr nəticəsində “Əhrar aş-Şam” terror qruplaşmasının lideri çeçen əsilli Əbu Bəkr Əş-Şişani məhv edilib.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu “RİA Novosti”yə Suriyadakı hərbi mənbə bildirib. Daha ətraflı

🌎

MTN-dən anti-terror əməliyyat- Suriyada döyüşən azərbaycanlılar tutulub – FOTO


İŞİD terror xəvaric qruplaşmasının tərkibində döyüşən azərbaycanlılar tutulub.
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrin tərkibində döyüşmüş daha 5 nəfər saxlanılıb. Daha ətraflı

🌎

Səudiyyə Ərəbistanında məsciddə terror aktı törədilib, ölənlər var – VİDEO


İŞİD terror qruplaşması Səudiyyə Ərəbistanında baş verən qanlı insidentə görə məsuliyyəti öz üzərinə götürüb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, hadisə Sayhat şəhərində qeydə alınıb. Daha ətraflı

🌎

Lut qövmünə aid olduğu ehtimal edilən xarabalıqlar aşkar edilmişdir – FOTO


Bir neçə illik arxeoloji qazıntılardan sonra arxeoloqlar Lut peyğəmbərin (ona Allahın salamı olsun) yaşadığı Sədum qövmünün xarabalıqlarını aşkar etdiklərini düşünürlər. Tunc dövrünə aid olduğu bildirilən tapıntılar İordaniyanın Tel-Həmmam məhəlləsində aşkar edilmişdir. Aşkar edilmiş şəhər Qurani-Kərimdə və Tövratın qədim əhdində deyilən vəsflərə uyğundur. Daha ətraflı

🌎

Süpürgəçi necə məscid imamı oldu?! – VİDEO + FOTO


Səudiyyə Ərəbistanın Bahə şəhərində süpürgəçi işləyən 25 yaşlı Muhəmməd Əbdülvahhab adlı banqladeşli gənc Bahə şəhərinin katibi Muhəmməd bin Mübarək əl-Mucəlli tərəfindən mükafatlandırılmışdır. Süpürgəçilik edə-edə məlahətli səsi ilə Quran oxuyan Muhəmməd yerli sakinin diqqətini çəkmiş və onun necə Quran oxuduğunu lentə alaraq sosial şəbəkələrdə paylaşmışdır. Qurani-Kərimi bütünlüklə əzbər bilən bu süpürgəçi oğlan hər kəsi təəccübləndirmişdir. Daha ətraflı

🌎

Kəbədə yeni xidmət təqdim olunacaq – Yenilik


İki Müqəddəs Məscidin Xidməti İşləri üzrə rəhbəri şeyx professor Əbdürrəhman bin Əbdüləziz əs-Sudeys və müavini şeyx professor Muhamməd bin Nasir əl-Xuzeym ilə birlikdə müqəddəs məscid ziyarətçiləri üçün “telefon şarjı” xidmətini təqdim edib. Daha ətraflı

🌎

Latviya müsəlman ölkəsi olacaq


İslam Mədəniyyəti Mərkəzinin mətbuat katibi Robert Klimoviç 50 il sonra Latviyanın müsəlman ölkəsi olacağına əmindir. Daha ətraflı

🌎

Digər xəbərlər