Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

MTN-dən anti-terror əməliyyat- Suriyada döyüşən azərbaycanlılar tutulub – FOTO

Oktyabr 16
18:28 2015

İŞİD terror xəvaric qruplaşmasının tərkibində döyüşən azərbaycanlılar tutulub.

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrin tərkibində döyüşmüş daha 5 nəfər saxlanılıb.

“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, MTN İctimai Əlaqələr İdarəsindən verilən məlumata görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, həmçinin, terrorçuluğa hazırlıq, yəni dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə, Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsinə görə Azərbaycan Respublikasının vətəndaşları – Quliyev Namiq Şahid oğlu, Hacıverdiyev Xalid Əliağa oğlu, Əhmədov Taleh Mahir oğlu, Əsgərov Elvin Əsgər oğlu və Mahmudov Anar Kərəm oğlu şübhəli şəxs qismində tutulublar.

Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 12.1, 279.1-ci, 12.3,28,214.2.1, 12.3,28,214.2.3, 12.1,218.2-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılmışdır. Quliyev Namiq Şahid oğlu, Hacıverdiyev Xalid Əliağa oğlu, Əhmədov Taleh Mahir oğlu, Əsgərov Elvin Əsgər oğlu və Mahmudov Anar Kərəm oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçilib.

Müəyyən edilib ki, Namiq Quliyev, Xalid Hacıverdiyev, Taleh Əhmədov, Elvin Əsgərov və Anar Mahmudov 2012-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və «Cumdul-Xilafə» terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

📷

085a3784eb47127992054913b428e1c1

8d1e20025dd59f10b899a7410723913918025a6b3f54db5d6fe9ccc0cfe02aff 34673aa83dada7b624a74fe970f11f71 f0116f612759256f971c229fbafec9fc

Sələf Xəbər: XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayya əl-asriyyə”, 47)

 

Digər xəbərlər