Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 19.10.2014

Oktyabr 19
11:36 2014

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

🌎

Prezident İlham Əliyev (Allah onu qorusun) əfv sərəncamı imzaladı


“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qorusun) məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Daha ətraflı

İŞİD- tarixi, metodu və onlara qarşı mübarizə üsulları – I hissə


“Sələf Xəbər” alanba.com.kw saytına istinadən təqdim etdiyi məqalədə İŞİD və onun kimi terror qruplaşmalarının yaradıcıları xəvariclərin gəncləri ələ alma metodlarından və bu xəvariclərlə mübarizə yollarından söhbət açır. Daha ətraflı

Əsl xurafat: Oyuncaqdan uşaq istəmək – VİDEO


Bu videoda pir və bu pirə inananlar əks olunub. Görüntülərdən məlum olur ki, piri “sınaqdan keçirənlər”, övladı olmayanlara kiçik bir arkanın altından keçərək öz arzularına çata biləcəklərini vəd edir. Bu arkanın üzərində yerləşdirilən beşikdə isə Barbi gəlinciyi yatır. Daha ətraflı

Dünya gəncləri Quran biliklərində yarışacaq


“Sələf Xəbər” Ummaİnfo-ya istinadən bildirir ki, Səudiyyə Ərəbistanının Məkkə şəhəri, noyabrın 15-də Böyük Məsciddə keçiriləcək kral Əbdüləziz adına Beynəlxalq Quran qiraətçiləri, hafizləri və təfsirçiləri müsabiqəsinə hazırlaşır. Daha ətraflı

İŞİD niyə qurbanlarının başını kəsir?


2014-cü ilin iyun ayına qədər bir çox amerikalılar İŞİD terror xəvaric qruplaşması ilə tanış deyildilər. İŞİD kimi tanınan qəddar hərbi qruplaşma Mosulu və İraq və Suriyanın əhalisinin əksəriyyəti sünni olan əraziləri zəbt etdikdən sonra beynəlxalq xəbərlərdə hökmranlıq etməyə başladılar. Avqust ayında amerikalı jurnalistlər Ceyms Foli, Stiven Sotloff və Britaniyalı humanitar yardım işçisi Devid Heynsin başlarının kəsilməsi ilə İŞİD-in ad-sanı daha da artdı. Ötən cümə günü İŞİD digər britaniyalı humanitar yardım işçisi Alan Henninqi qətlə yetirdi və keçmiş ABŞ Ordu Renceri Piter Kassiqi öldürməklə hədələdi. Daha ətraflı

Batareya dolmadan telefonu çıxarmayın, yoxsa…


“Sələf Xəbər” cnnturk.com xəbər saytına istinadən xəbər verir ki, İnformasiya Texnologiyaları Cəmiyyətinin İdarə Heyətinin Sədri Yavuz Yüksəl verdiyi açıqlamada Türkiyədə 40 milyona yaxın ağıllı telefon istifadəçisi olduğunu bildirib. Daha ətraflı

İŞİD-ə qoşulan azərbaycanlı güləşçi öldürüldü


“Sələf Xəbər” AzVision.az saytına istinadən xəbər verir ki, bu ilin avqust ayında İŞİD terror xəvaric qruplaşmasına qoşulan azərbaycanlı Rəşad Baxşəliyev Suriyada gedən döyüşlərdə həlak olub. Daha ətraflı

Siqaret çəkənlərə pis xəbər


“Qafqazinfo” AzadlıqRadiosuna istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) siqaret çəkməyi tərgitdirmək üçün tütünə vergini artırmağı təklif edir. Təşkilatın təkliflər paketi dünən artıq təsdiqlənib. Bundan əvvəl təşkilat verginin 70 faiz olmasını təklif edirdi. Daha ətraflı

Ərəb ölkələri İŞİD-ə qarşı müharibəyə başlayır


“Sələf Xəbər” internethaber.com saytına istinadən xəbər verir ki, Amerika İŞİD terror xəvaric qruplaşmasına qarşı mübarizəyə başlamaq üçün quru qoşunlarına “döyüşə hazır ol” əmri verib. Lakin, əldə edilən son xəbərlərə görə müharibəyə ABŞ deyil, Ərəb ölkələri başlayacaq. Kobani və İraqda İŞİD terror xəvaric qruplaşmasına qarşı hava hücumları lazımi nəticəni vermədiyi üçün, ABŞ quru qoşunları fəaliyyətə keçməyi qərara alıb. Lakin, əldə edilən son məlumatlara əsasən, müharibəyə ABŞ yox, Ərəb ölkələri başlayacaq. Daha ətraflı

Azərbaycanda həbs edilən “İŞİD” üzvü: “Ayda 150 dollar alırdıq”


“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) müvəqqəti saxlanma yerində və istintaq təcridxanasında monitorinq keçirib. Daha ətraflı

Digər xəbərlər