Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Prezident İlham Əliyev (Allah onu qorusun) əfv sərəncamı imzaladı

Oktyabr 18
16:16 2014

“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qorusun) məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Dövlət başçısı məhkumların, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Sərəncam ümumilikdə 84 nəfərə şamil olunub. Əfv olunanlar arasında 2 İran, 2 Gürcüstan, 1 Türkiyə və 1 Pakistan vətəndaşı da var.

“Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”.

Müqəddəs Quran, “Bəqərə” surəsi, 215-ci ayə

Digər xəbərlər