Batareya dolmadan telefonu çıxarmayın, yoxsa…
2. 033 dəfə baxılıb
“Sələf Xəbər” cnnturk.com xəbər saytına istinadən xəbər verir ki, İnformasiya Texnologiyaları Cəmiyyətinin İdarə Heyətinin Sədri Yavuz Yüksəl verdiyi açıqlamada Türkiyədə 40 milyona yaxın ağıllı telefon istifadəçisi olduğunu bildirib.
Bu cür cihazların istifadəçilərə telefondan daha artıq xassələri təqdim etdiyini ifadə edən Yüksəl bildirib: “Söhbət eyni vaxtda yanınızda telefonunuzu, kompüterinizi, fotoaparatınızı və videokameranızı, işıq fənərinizi, televizorunuzu, pultunuzu, uşağınızın oyuncağını gəzdirdiyiniz cihazdan gedir. Aydındır ki, bu cihazlar sadəcə telefon deyil”.
Yüksəl, ağıllı telefonların sadəcə telefon olaraq istifadə olunmadığı üçün enerjisinin daha tez sərf olunduğunu bildirib. Bu isə öz növbəsində istifadəçiləri öz telefonlarını doldurmaq üçün yer axtarmağa və özü ilə xarici batareya doldurucu cihazları daşımağa vadar edir.
Batareyanın ömrünü uzatmaq üçün nə etmək olar?
Batareyanın ömrünü uzatmağın əsas yollarından birinin telefonu enerji ilə düzgün şəkildə doldurmaq olduğunu deyən Yüksəl, telefon istifadəçilərinə bu tövsiyələri verib:
– Enerji tamamilə boşalmadan batareyanızı enerji ilə doldurmağınız onun ömrünü qısaldır. Ən doğrusu telefon enerjinin tükəndiyi barədə siqnal verdikdə onu doldurmaq və batareya tam dolmadan telefonu çıxarmamaqdır. Ayda 1 dəfə batareyanı tamamilə boşaldaraq telefonu enerji ilə doldurmaq lazımdır.
– Batareyanı optimallaşdıran tətbiqlərdən istifadə edin. Bütün ağıllı telefonlarda batareyanın istifadəsinə nəzarət edən köməkçi tətbiqlərin köməyi ilə batareyanın ömrünü uzatmaq olar.
– Səs-küy olmayan yerlərdə vibrasiyadan istifadə etməyin. Telefonunuzun səsini eşitməyə mane olan səs-küylü bir məkanda deyilsinizsə, vibrasiyadan istifadə etməmək batareya ömrünü uzada bilər.
– Ekranın parlaqlığını azaldın. Yeni nəsil cihazların ekranlarının böyüklüyünü nəzərə alsaq, batareya ömrünə ən çox təsir edən ünsür yüksək kontrastlı ekran işığıdır. Ekranın parlaqlığını azaltmaq batareyanızın uzun müddət sizə xidmət göstərməsinə səbəb olacaq.
– Yenilmələri yükləyin. Ağıllı telefonların əməliyyat sistemləri batareyanın istifadəsinə təsir edir.
– Ehtiyacınız olmayan xidmətləri söndürün. GPS, simsiz əlaqə, Bluetooth və internet kimi xidmətlərdən istifadə etmədiyiniz zaman onları söndürməlisiniz. Bu xidmətlər söndürüldüyündə telefonunuz daha az enerji sərf edəcək.
– Telefonunuzu isti yerlərdən uzaq tutun. Telefonlar məkandakı istiliyə müvafiq olaraq enerji sərf edir. Odur ki, istilik mənbələrinə yaxın yerlərdə telefonunuz daha çox enerji sərf edəcək.