Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 30.11.2014

Noyabr 30
16:10 2014

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

🌎

Şeyx Fövzan: “Başçıya qarşı çıxmağın bir neçə növü vardır” – VİDEO


Sual verən deyir ki, ey şeyx, Allah sizi xeyrə müvəffəq etsin. Allah bilir ki, mən sizi Allah üçün sevirəm. Sualım budur ki, zamanımızda alimləri müxtəlif camaatlara bölmək və onları məzəmmət etmək çoxalmışdır. Hətta, bəziləri deyir ki, alimlər dövlətə işləyirlər. Allah sizi xeyrə müvəffəq etsin buna nəsihətiniz nədir?
İkinci sualım da odur ki, məclislərdə ölkə başçısını söymək, onun qeybətini etmək və eyiblərini yaymaq ona qarşı çıxmaqdırmı və belə etmək nümayişlərdən sayılırmı? Daha ətraflı

Ramil Usubov sələfilərlə bağlı tapşırıq verdi


“Sumqayıtdakı sələfi dindarların şikayətlərini Ramil Usubovun diqqətinə çatdırdım. Nazir bu haqda tapşırıq verdiyini qeyd etdi”.

“Sələf Xəbər” cumhuriyyet.az-a istinadən xəbər verir ki, bu barədə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov bildirib. Daha ətraflı

TƏHLÜKƏ: İŞİD terror xəvaric qruplaşması Azərbaycanın şimal sərhədində


Dağıstanda fəaliyyət göstərən radikal islamçı yaraqlıların lideri “əmir” Süleyman əl-Bağdadiyə biət etdi.

“Sələf Xəbər” cumhuriyyet.az-a istinadən bildirir ki, İraq və Suriyada böyük ərazilər ələ keçirib “İslam Dövləti” elan edən terror xəvaric qruplaşması Azərbaycanın şimal sərhədi yaxınlığında özünə müttəfiq tapıb.

“Bloomberg” agentliyi Dağıstanda fəaliyyət göstərən radikal islamçı yaraqlıların lideri “əmir” Süleymanın internetdə yayılmış video müraciətdə İŞİD terror xəvaric qruplaşması lideri Əbu Bəkr əl-Bağdadiyə sədaqət andı içdiyini yazır. Daha ətraflı

Mübariz Qurbanlı Qaraçuxur məscidinin yandırılmasına münasibət bildirib – FOTO


“Sələf Xəbər”-in APA-ya istinadən xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ötən gecə naməlum şəxslər tərəfindən Qaraçuxur məscidinin yandırılmasına münasibət bildirib.

M.Qurbanlı APA-ya ekskluziv açıqlamasında bildirib ki, komitə məsələni nəzarətə götürüb və hazırda sədri müavininin rəhbərliyi altında komitənin nümayəndələri hadisə yerindədir. Daha ətraflı

Qaraçuxur məscidini yandıran şəxsləri ora gətirən taksi sürücüsü danışdı


Qaraçuxur məscidində baş verən yanğının bəzi detalları məlum olub. Yanğına aidiyyatı olan iki nəfər taksi sürücüsünü öldürməklə hədələyiblər.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Suraxanı rayon Polis İdarəsindən bildiriblər.

Xatırladaq ki, noyabrın 26-da saat 02.30-da naməlum şəxslər məscidin əsas zalına içində alışan maye olan şüşə atıblar. Nəticədə, alışma baş verib. Məscidin xalça örtüyü zədələnib, yanğın nəticəsində zərər çəkən olmayıb. Daha ətraflı

Kəbədə gözəl olay – VİDEO


Hər il Müqəddəs Kəbə evini ziyarət etmək milyonlarla müsəlmanın payına düşür.

Onların arasında kiçik yaşlı zəvvarlar da az olmur. Xeyirxah və zəvvarlarla mərhəmətli davranan polis tərəfindən bu balaca zəvvar özü hələ qara daşı öpmənin necə bir qismət olduğunu tam anlamadan insanın ürəyini titrədən möhtəşəm görüntülərlə milyonların yaddaşına hopdu.

Allah bu balacanın əməlisaleh bir övlad kimi yetişməsinə yardımçı olsun. Amin. Daha ətraflı

Davudoğludan azərbaycanlı İŞİD terror xəvaric qruplaşmasına – Xəbərdarlıq


Baş nazir Əhməd Davudoğlu Türkiyədən Suriyaya getmək istəyən xarici ölkə vətəndaşları ilə bağlı beynəlxalq ictimaiyyətin ittihamlarına cavab verib.

“Sələf Xəbər” qafqazinfo.az-a istinadən xəbər verir ki, Ə.Davudoğlu Türkiyənin İŞİD terror xəvaric qruplaşmasına qarşı olduğunu bəyan edərək ölkəsinin bu istiqamətdə dəyişməz mövqedə olduğunu deyib.

Davudoğlu bildirib ki, Suriyaya getmək istəyən terrorçu qruplaşmalar üçün Türkiyə sərhədləri bağlıdır. Daha ətraflı

Məkkənin məziyyətləri və müqəddəsliyi


Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) demişdir: “Dünyada bu iki yerdən başqa müqəddəs (həram) torpaq yoxdur: Məkkə həramı və Mədinə həramı. Bəzilərinin də “əl-Əqsa həramı” və “İbrahim həramı” dediklərinə gəldikdə isə, bu doğru deyil və heç bir dəlilə əsaslanmır”. əş-Şərh əl-Mumti” (7/215).

Allahın mədh etdiyi və digərləri ilə müqayisədə üstünlüyünü xatırlatdığı müqəddəs şəhər Məkkədir: təhlükəsizlik, əmin-amanlıq yeri, Məhəmməd Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) vəhyin gəldiyi və onun bəşəriyyətə Elçi təyin olunduğu yer. Daha ətraflı

Günaha sürükləyən əyləncə


“Sələf Xəbər” www.islam21c.com saytına istinadən, gündəlik əyləncələrin mənəviyyatımıza necə təsir göstərdiyi barədə məlumatları təqdim edir.

Əksər hallarda“vaxt öldürmək” və ya içinizdəki boşluğu doldurmaq üçün televizor arxasında əyləşib kanaldan kanala keçirsiniz. Bəziləri üçün istirahət, sevimli şou-proqram və bir qutu peçenyedir. Və beləcə serialları izləyə-izləyə özünüzü “doyunca” əyləndirirsiniz. Günlərin bir günü vaxtınızın tez keçməsi üçün televizoru açırsınız, amma bu gündəlik bir marafona çevrilir. Və siz yalnız bir dramaya bağlanmırsınız, bəzən bir gündə 5-6 serial izləyirsiniz… Daha ətraflı

Azərbaycan XİN həbs edilən İŞİD terror xəvaric qruplaşması ilə bağlı açıqlama verib


“Türkiyə ərazisindən Suriyaya keçmək istəyərkən həbs olunan 4 azərbaycanlı ilə bağlı araşdırma aparılır”.

“Sələf Xəbər” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın Türkiyədəki diplomatları məsələni araşdırır: “Hazırda araşdırma aparılır. Bundan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”,-deyə XİN sözçüsü əlavə edib. Daha ətraflı

Digər xəbərlər