Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Qaraçuxur məscidini yandıran şəxsləri ora gətirən taksi sürücüsü danışdı

Noyabr 27
21:27 2014

Qaraçuxur məscidində baş verən yanğının bəzi detalları məlum olub. Yanğına aidiyyatı olan iki nəfər taksi sürücüsünü öldürməklə hədələyiblər.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Suraxanı rayon Polis İdarəsindən bildiriblər.

Xatırladaq ki, noyabrın 26-da saat 02.30-da naməlum şəxslər məscidin əsas zalına içində alışan maye olan şüşə atıblar. Nəticədə, alışma baş verib. Məscidin xalça örtüyü zədələnib, yanğın nəticəsində zərər çəkən olmayıb.

Bununla yanaşı məlum olub ki, noyabrın 26-da səhər saat 6.00 radələrində polis idarəsinə Bakı sakini 26 yaşlı Samir Yusifov müraciət edib.

Yusifov ifadə verib ki, 02.30-da A.Mehbalıyev küçəsində “Turan” şadlıq sarayının yaxınlığında onun özəl sərnişindaşıma ilə məşğul olduğu “Mercedes” markalı maşınına iki nəfər əyləşib.

Onlar sürücüdən Qaraçuxur məscidinə sürməyini istəyiblər. Məscidin yanında sərnişinlərdən biri enib və məscidə tərəf yollanıb, digəri isə taksidə qalıb.

Bir neçə dəqiqə sonra sərnişin geri qayıdıb sürücünün boğazına bıçaq dayayaraq Bakıxanov qəsəbəsinə sürməyini əmr edib. Hər iki cinayətkar orada düşüb.

Bundan başqa, rayonun 32-ci Polis bölməsinə məscidin qarovulçusu Zülfüqar Hacıyev müraciət edərək cinayətkarların 30-35 yaşlarında olduğunu bildirib.

Onlardan biri məscidin pəncərəsinin şüşəsini sındırıb namaz zalına içində benzin olan şüşəni atıb və yandırıb.

Məlumdur ki, əməliyyatçılar tərəfindən axtarılan şəxslərin fotorobotları təşkil edilib. Fakt üzrə istintaq davam edir.

 Sələf Xəbər: “Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!” (Qurani Kərim, “əl-Bəqərə” surəsi, 114-cü ayə).

“Ən zalım insanlar və ən qəddar cinayətkarlar – məscidlərdə Allahı zikr etməyə mane olanlar və namaz qılmağa və ibadətin digər mərasimlərini keçirməyə imkan verməyənlər, məscidləri maddi və mənəvi cəhətdən dağıtmağa can atanlardır. Məscidlərin maddi cəhətdən dağıdılması dedikdə, onların binalarının sökülməsi, onlara vurulan ziyan və onların natəmizliklərlə murdarlanması nəzərdə tutulur. Mənəvi cəhətdən dağıdılma altında isə, namaz qılanlara məscidlərdə Allahın adının zikr edilməsinə imkan verilməməkdir.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər