Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Davudoğludan azərbaycanlı İŞİD terror xəvaric qruplaşmasına – Xəbərdarlıq

Noyabr 24
16:00 2014

Baş nazir Əhməd Davudoğlu Türkiyədən Suriyaya getmək istəyən xarici ölkə vətəndaşları ilə bağlı beynəlxalq ictimaiyyətin ittihamlarına cavab verib.

“Sələf Xəbər” qafqazinfo.az-a istinadən xəbər verir ki, Ə.Davudoğlu Türkiyənin İŞİD terror xəvaric qruplaşmasına qarşı olduğunu bəyan edərək ölkəsinin bu istiqamətdə dəyişməz mövqedə olduğunu deyib.

Davudoğlu bildirib ki, Suriyaya getmək istəyən terrorçu qruplaşmalar üçün Türkiyə sərhədləri bağlıdır.

“Türkiyə üzərindən Suriyaya heç bir İŞİD-çi getməyib. Bununla bağlı heç bir kəsin əlində sübut yoxdur. Türkiyənin sərhədləri açıqdır. Amma Suriyada baş verən atışmalardan və kimyəvi silahlardan qaçan Suriya xalqı üçün Türkiyə sərhədləri açıqdır. Türkiyə heç bir terror qrupuna səhəddən keçməklə bağlı icazə verməyib”.

Qeyd edək ki, “İslam Dövləti” (İŞİD) terror xəvaric qruplaşmasına qoşulmaq üçün Suriyaya keçməyə cəhd edən 4 Azərbaycan vətəndaşı Türkiyənin Kilis bölgəsində saxlanılıb. Azərbaycan Xarici İşlər Nazirliyindən də məsələ ilə bağlı açıqlama verilib. Bildirilib ki, Azərbaycan vətəndaşlarının Türkiyə ərazisindən Suriyaya keçmək cəhdi ilə bağlı məsələnin araşdırılması üçün Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliyi tərəfindən lazımlı tədbirlər görülür.

Bundan öncə də, Azərbaycan vətəndaşlarının Suriyaya Türkiyə vasitəsi ilə keçdiyi hər kəsə məlumdur.

 Sələf Xəbər: Nüfuzlu alim Əbdül Muhsin əl-Abbada (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?”- sualı verildi.

Şeyx cavab verdi: “Həqiqətən Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı.”

Digər xəbərlər