Ramil Usubov sələfilərlə bağlı tapşırıq verdi
3. 435 dəfə baxılıb
“Sumqayıtdakı sələfi dindarların şikayətlərini Ramil Usubovun diqqətinə çatdırdım. Nazir bu haqda tapşırıq verdiyini qeyd etdi”.
“Sələf Xəbər” cumhuriyyet.az-a istinadən xəbər verir ki, bu barədə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov bildirib.
Bu yaxınlarda daxili işlər naziri Ramil Usubovla görüşən E.Behbudov Sumqayıtda saxlanılan sələfilərin şikayətini nazirin diqqətinə çatdırdığını deyib: “Görüşdə keçirdiyimiz monitorinqlər, saxlanma yerlərinin vəziyyəti, bizə daxil olan müraciətlər və pis rəftar məsələlərini nazirin diqqətinə çatdırdım. Sumqayıtdakı sələfi dindarların müraciətlərini də nazirin diqqətinə çatdırdım. Nazir bildirdi ki, Respublikada heç bir yerdə köhnə saxlanma yerləri qalmayacaq.
O, saxlanma yerlərinin yeni, müasir standartlara uyğunlaşdıracağını söylədi. Nazir bununla əlaqədar olaraq mənə hər kollegiya iclasında, idarə rəislərinə tapşırıqlar verdiyini qeyd etdi. Ramil Usubov insanların yerli-yersiz şöbələrə gətirilməməsi, onlara qarşı pis rəftar olunmaması ilə bağlı idarə rəsilərinə tapşırıqlar verdiyini də söylədi”.
Qeyd edək ki, bir qrup dindar – sələfi noyabrın 13-də saxlanıldıqları və Sumqayıt Şəhər Polis İdarəsində zorakılığa məruz qaldıqları ilə bağlı video müraciət yaymışdılar.
“Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.”
Qurani-Kərim, “Nəhl” surəsi, 97-cİ ayə