İŞİD adını dəyişib

Noyabr 18
16:46
2015
796 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşması bundan sonra “al-Dawlat” adlanacaq.
İŞİD terror xəvaric qruplaşması ad dəyişdirdiyini açıqlayıb.
“Sələf Xəbər” Sputnik.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin Milliyyət qəzeti məlumat yayıb. Qəzetin xəbərinə görə, təşkilat bundan sonra “al-Dawlat” adlanacaq.
Terror təşkilatının rəhbəri əl-Bağdadi İŞİD terror xəvaric qruplaşmasının adını dəyişdirərək dünyaya mesaj vermək istəyir. Onlara görə dünyada tək bir dövlət var, o da “al- Dawlat”dir deyə qəzetin məlumatında qeyd olunur.
Qəzetin iddiasına görə, İŞİD terror xəvaric qruplaşması bu mərhələdən sonra bütün müsəlman ölkələrinin, əmirliklərin “al-Dawlat”a qatılmasına çalışacaq.
Sələf Xəbər: Artıq böyük alimlər İŞİD xəvaric terror qruplaşması haqqında öz fikirlərini bildirmiş, onları kəskin qınamışlar. İŞİD-in İslam dövləti deyil, cinayətkar terror qruplaşması olduğunu bildirmişlər. Ona görə də ad dəyişə bilər, amma əsl həqiqət dəyişməz olaraq qalır.