Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Kəbənin örtüyü məscid rəhbərliyinə təhvil verildi – FOTO

Sentyabr 05
16:50 2016

Selefxeber.az-ın Alarabiyaya istinadən məlumatına görə Məkkə şəhərinin əmiri Əmir Xalid əl-Feysəl ölkə kralı Salman bin Əbdüləzizin tapşırığı ilə Kəbənin yeni örtüyünü əl-Həram məscidinin idarə heyətinin sədri Şeyx Əbdürrəhman əs-Sudeysə təhvil vermişdir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı rəhbərliyi bütün müsəlmanların qibləsi olan Kəbə evinə xüsusi qayğı ilə yanaşır. Bu evin örtüyü hər il Qurban bayramı günü yenisi ilə əvəz edilir. Bu il də yeni örtük deyilən vaxtda dəyişilməlidir.

Kəbənin örtüyünün necə hazırlanmasını bilmək istəyirsinizsə bu linkə keçid edə bilərsiniz.

📷

mescidul-haram1

mescidul-haram2

mescidul-haram3

mescidul-haram4

Sələf Xəbər: “Biz evi (Kəbəni) insanlar üçün ziyarət və əmin-amanlıq yeri etdik. İbrahimin dayandığı yeri namazgah edin!” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 125-ci ayə).

“Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu göstərən rəhbər kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir. Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 96-97-ci ayələr).

Digər xəbərlər