Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Misir dini liderləri KİV-lərə müraciət etdi: “İslam Dövləti” terminini istifadə etməyin!

Avqust 25
20:36 2014

Misirin din xadimləri dünya ictimaiyyətini Suriya və İraqdakı ekstremist qruplaşmasını “İslam Dövləti” adlandırmamağa çağırıb. Misirin islami araşdırmalar üzrə ən nüfuzlu institutu Fətvalar üzrə Darul-İfta Şurası bununla bağlı kampaniyaya başlayıb.

Şura, bu kampaniyada bütün dünya müsəlmanlarına və Qərb KİV-lərinə müraciət edərək onları Suriya və İraqın böyük hissəsinə nəzarəti ələ keçirmiş terrorçu qruplaşması barədə “İslam Dövləti” (İD) terminindən istifadə etməməyə çağırır, The Guardian yazır.

Ölkənin ali müftisi Şauki İbrahim Abdel-Kərim Allamın məsləhətçisinin sözlərinə görə, bu kampaniya İslamın imicinin düzəldilməsinə yönəlib, hansı ki, Misirin dini liderlərinin fikrincə, terror əməlləri ilə sarsılmışdır. Darul-İfta, islam alimlərinin bu məsələ ilə bağlı müvafiq şərhi ilə ənənəvi müsəlman dəyərlərinin internetdə aktiv şəkildə
yayılmasına başlayıb.

Bundan başqa, aksiya çərçivəsində Twitter-da, müsəlmanların “İslam Dövləti” döyüşçülərinin əməllərini pislədiyi video-yazılarla birlikdə, kampaniya heştaqını yaymağı planlaşdırılır.

Xatırladaq ki, Misirin ali müftisi Şauki İbrahim Abdel-Kərim Allam, bundan bir müddət öncə bəyanatla çıxış edərək artıq bildirmişdi ki, İraq və Suriya ərazisində fəaliyyət göstərən ekstremistlər İslamın bütün qanun və prinsiplərini pozur, dinin bütövlüyünü təhlükə altına alır. Bununla bağlı o, xarici KİV-ləri terrorçular barəsində olan yazılarda “İslam Dövləti” terminini istifadə etməməyə çağırmışdı.

Səudiyyə Ərəbistanının baş müftisi Əbdüləziz Əli Şeyx (Allah onu qorusun) də eyni fikirdədir. O, Əl-Qaidə və İŞİD terrorçularını İslamın əsas düşməni adlandırıb, hansıların əməllərindən, ilk növbədə, müsəlmanlar əziyyət çəkir.

Misir prezidenti Əbdül Fəttah Xəlil əl-Sisi, öz növbəsində, Misir KİV-lərinin redaktorları qarşısındakı çıxışında bəyan edib ki, İD kimi bir qruplaşma yalnız İslamın diskreditasiyası üçün mövcuddur.

Digər xəbərlər