Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Arı zəhərinin faydası

Aprel 08
17:10 2015

Arılardan alınan zəhər çeşidlənərək əzələ xəstəliyi və digər xəstəliklərin müalicəsində istifadə ediləcək.

Düzce Universiteti Araşdırma, İnkişaf etdirmə və Tətbiqi Mərkəzinin (DAGEM) direktoru doktor Meral Kekeçoğlu, bildirirb ki, inkişaf etdirdikləri sistemlə arı zəhərini laboratoriya şəraitində araşdıraraq zəhərin faydalı olduğu əzələ xəstəliyini araşdıracaqlar.

“Sələf Xəbər” Türkiyə mətbuatına istinadən bildirir ki, Kekeçoğlu, arı zəhərinin əzələ xəstəliklərinə müqavimət göstərdiyini, xüsusilə də, MS-immunitetin mərkəzi sinir sisteminə təsir etməsi nəticəsində ortaya çıxan xəstəliklərə qarşı xaricdə “apiterapi” deyilən üsulla müalicə edildiyini və 90% xəstələrdə uğur əldə olunduğunu söyləyib.

Uzaq Şərq ölkələrində xəstələrin arıların sancmasıyla müalicə edildiyini, bənzər müalicə metodlarının isə Türkiyədə yasaq olduğuna diqqəti çəkən Kekeçoğlu deyib: “Məqsədimiz, inkişaf etdirdiyimiz fərqli sistemlə laboratoriya şəraitində arılardan zəhəri almaqdır. Daha sonra isə arı zəhərini həb halına gətirib tibb dünyasına təqdim etməyi planlaşdırırıq”.

Arı sancması üsulunu arıların sancması ilə deyil, bu üsulun daha ağrısız və tibbə uyğun hala gələcəyini müdafiə edən Kekeçoğlu, sözlərini belə tamamlayıb:

“Bu yöntəmin insanların daha ağrısız üsulla müalicə olması istiqamətində işlərimizi davam etdiririk. Hazırda aldığımız zəhərləri təcrübədən keçirdirik. Qısa müddət ərzində qəti nəticəyə gələcəyik. Durmadan çalışırıq və əminik ki, arı və məhsulları, bir çox xəstəliyin müalicəsində istifadə edilə biləcək. Bunun qədim təbabətdə nümunələri mövcuddur. Tədqiqat işlərimizi genişləndirərək davam etdiririk. Qarşıda bizi bu sahədə böyük nəaliyyətlərin gözlədiyinə inanıram”.

Sələf Xəbər: Uca Allah buyurur: “Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get”. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 68,69-cu ayələr)

“Arılar – ən kiçik məxluqlardır ki, Allah onlara ən möcüzəli bir tərzdə doğru yol göstərir. O, onlara çiçək dolu çəmənliklərə uçub gəlməkdə və geriyə – Allahdan mənimsədikləri bilik və doğru təlim sayəsində abadlaşdırdıqları pətəklərinə yolu tapmaqda kömək edir. Arıların qarıncıqlarından müxtəlif rəngdə və çalarlarda, torpaq və çiçəklərdən asılı olan dadlı bal çıxır. Bu içki insanlara bir çox xəstəliklərdən şəfa verir. Bütün bunlar Uca Allahın Öz məxluqları barədə göstərdiyi qüsursuz qayğısının və Onun qullarına bəslədiyi kamil xeyirxahlığının dəlilləridir. Bu isə o deməkdir ki, qullar öz məhəbbətini tamamilə təkcə Ona həsr etməli və təkcə Ona kömək üçün dua etməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930