Beyin hüceyrələrini öldürən səbəblər
1. 064 dəfə baxılıb
Yaponiyalı alimlər beyin hüceyrələrinin ölməsinə və beyində bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olan amilləri aydınlaşdırıblar.
İnsan həyatının davamlılığının artırılması problemləri ilə məşğul olan mütəxəssislər beyin hüceyrələrinin ölməsinə gətirib çıxaran səbəblərin siyahısını təqdim ediblər.
“Sələf Xəbər” Modern.az-a istinadən mövzu ilə bağlı yazını təqdim edir:
Siyahıda təqdim olunan səbəblər milyonlarla insanın hər gün təkrar etdikləri və kənardan çox adi görünən vərdişlərdir.
Alimlər ilk olaraq birinci səbəbi yuxu çatışmazlığı ilə izah ediblər. Belə ki, orqanizmin normal yuxu tələbatı ödənilmədikdə neyronlar zədələnir, insanın düşüncə tərzində ciddi problemlər yaranır. Yuxu çatışmazlığı uzun müddət davam etdikdə daha ciddi fəsadlar yaranır.
Növbəti səbəb beyin fəaliyyətinə mənfi təsir göstərən stress və stress yarada biləcək vəziyyətlərdir. Müntəzəm stress keçirən insanların beyin hüceyrələri sürətlə məhv olur.
Beyin hüceyrələrinin ölməsinə gətirib çıxaran səbəblərdən biri spitli içkilərin qəbulundan sonra yaranan susuzluqdur. Spirtli içkilərin qəbulu beyin problemlərinə gətirib çıxarır.
Digər əsas səbəblərdən biri siqaret çəkməkdir. Siqaret bütün orqanizmə zərbə vurmaqla yanaşı, qan dövranına mənfi təsir göstərir, beləliklə, beyin hüçeyrələrinin oksigenlə təmin olunmasına ciddi problemlər yaradır.
Beyin hüceyrələrinə əsas zərbə vuran səbəblərdən biri də narkotik vasitələrdən istifadə etməkdir. El arasında deyildiyi kimi narkotik vasitələr “beyni qurudur”.
Bu vərdişlərdən imtina etməklə beyin hüceyrələrinizi qoruyun ki, düşüncələriniz aydın, ömrünüz uzun olsun.
Sələf Xəbər: İslam – müdriklik və ədalət dinidir və insana yalnız xeyir verən şeyləri əmr edir və yalnız ona ziyan vuran şeyləri qadağan edir. Bununla əlaqədar olaraq, İslam insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir. Buna görə, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına yalnız ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir.
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Sərxoş edən hər şey (maddə və s.), çox miqdarı da, az miqdarı da haramdır!” (Tirmizi, şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir)