Bunlar beyin qocalmasını ləngidir
May 13
16:18
2015
856 dəfə baxılıb
Zeytun yağı və bir ovuc qoz yemək beynin qocalmasını ləngidir.
İspaniyadakı Barselona Universitetinin alimləri və professorları tərəfindən beynin qocalmasına dair araşdırma aparılıb. Araşdırmanın nəticələrinə görə, qoyun əti və heyvan mənşəli yağ yerinə, menyuya tərəvəz, taxıllar, qoz və zeytun yağı əlavə etdikdə beynin qocalma prosesi yavaşlayır.
“Sələf Xəbər” Publika.az-a istinadən xəbər verir ki, xüsusi ilə qoz və zeytun yağı beynin qocalması prosesini əhəmiyyətli şəkildə dayandırır.
Araşdırma Amerika Tibb Asossiasiyasının “JAMA Internal Medicine” adlı jurnalda nəşr olunub.
Sələf Xəbər: Uca Allah buyurur: “(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 11-ci ayə)