Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Diş fırçası xəstəlikləri müəyyən edəcək

May 19
14:25 2015

Yaxın gələcəkdə diş fırçası və geyimlər də xəstəliklərin diaqnostikasında istifadə ediləcək.

“Sələf Xəbər” Türkiyə mətbuatına istinadən bildirir ki, xəstəliklərin diaqnozunu qoymağa imkan verən texnologiyalarla tanınmış türk alimi, Professor Aydoğan Özcan, yaxın gələcəkdə diş fırçası və geyimlərin də xəstəlik diaqnostikasında istifadə ediləcəyini söyləyib.

Gediz Universitetindən verilən məlumata görə, işlərini Kaliforniya Universiteti (UCLA) Elektrik Mühəndisliyi və Biomühəndislik laboratoriyasında davam etdirən Professor Özcan, Gediz Universiteti tərəfindən təşkil olunan Beynəlxalq Yarımkeçirici Texnologiyaları Konfransında iştirak edib.

15 ölkədən 100-ə yaxın elm adamının iştirak etdiyi texnologiya sammitində çıxış edən Aydoğan Özcan, çox yaxında evlərin və şəxsi əşyaların da “ağıllı hala” gələcəyini bildirərək maraqlı açıqlama verib.

Xəstəliklərin diaqnostikasına yönələn texnologiyalar haqqında məlumat verdiyi vurğulanan açıqlamada, Aydoğan Özcanın bu ifadələrinə yer verilib:

“Məsələ, vanna otaqlarımız laboratoriya kimi çalışacaq. Dişimizi hər yuyanda, diş fırçasında buraxdığımız hüceyrə parçaları ilə biomolekulyar səviyyədəki bəzi izlər təhlil ediləcək. Xəstəlik əlamətləri varmı, xroniki xəstəliklərin gedişi nə vəziyyətdədir, ya da bəzi narahatlıqlara qarşı risk faktorları nəzərdən keçiriləcək. Diş fırçamız həkimimizə, sanki yardımçı olacaq, erkən diaqnoz və gec olmadan sürətli bir şəkildə müalicəyə başlanmasını təmin edəcək”.

Paltarlarımıza da biyosensorlar yerləşdiriləcək, bədəndəki fərqli biyoloji izlər izlənəcək. Cib telefonuna yerləşdiriləcək çip vasitəsiylə çox kiçik orqanizmləri, virusları, hətta DNT molekullarını belə müəyyən edəcəyik. Xəstəlik diaqnozlarını, genetik testləri belə özümüz edəcəyik”.

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Allah elə bir xəstəlik verməyib ki, onun müalicəsini göndərməsin”. (Buxari)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930