Dişlərin tökülməsi insanı yaşlandırır
988 dəfə baxılıb
Qocalmanın ən mühüm əlamətlərindən biri kimi göstərilən diş əksikliyi üz estetik gözəlliyini pozaraq dəyişikliklərə səbəb olur.
Diş itkilərinin artmasının çənə sümüklərində əriməyə səbəb olaraq qocalmağı sürətləndirdiyini bildirən İstanbul Aydın Universiteti Stomatologiya fakültəsi ağız, diş və çənə cərrahiyyəsi müəllimi, professor Nurgül Kömerik, dişlər və çənə sümüyü arasındakı əlaqə bütün həyat boyu davam edir deyib.
“Bir diş itirildikdə bu yerdə sümük əriməyə başlayır və əvvəl sümüyün enində, sonra da hündürlüyündə azalma meydana gəlir. Dişin itirildiyi ilk ildə sümük enində 25% azalma olur. Hərəkətli bir protez sümüyü qoruya bilməz, çeynəmə qüvvələrini yalnız sümük səthinə çatdırdığı üçün əksinə, bu sümük itkisini sürətləndirir. Çənə sümüyünün qorunması üçün çeynəmə qüvvələrinin bütün sümüyə çatdırılması lazımdır. Bu hal ancaq təbii diş ilə və ya diş kökü vəzifəsini görən dental implantlarla təmin edilə bilir”,- deyərək Professor izah edib.
“Sələf Xəbər”in Türkiyə mətbuatına istinadən məlumatına görə, qocalma prosesinə bağlı olaraq üz bölgəsində yaranan təbii dəyişikliklərin dişlərin itkisi ilə sürətləndiyini və uzun müddətli dişsizlik nəticəsində yaranan çənə sümüyünün itkisinin üz estetikasına mənfi istiqamətdə təsir etdiyini vurğulayan Kömerik deyib: “Dişsizlik, xüsusilə, ağız ətrafında dodaq və üzdəki cizgilərdə dərinləşməyə, dodaq kənarlarının aşağı doğru sallanmasına və xəstə bir üz görüntüsü yaratmasına səbəb olur”.
Diş nöqsanlarının meydana gətirdiyi mənfi təsirlərin qarşısını almaq üçün təbii, ən münasib həllin implantasiya olduğunu və implantasiya müalicəsinin çənə sümüyündə yaranan ərimənin də minimuma endirdiyini bildirən Kömerik, nəticə olaraq sümük içinə yerləşdirilən dental implantların həm sümük toxuması, həm də protez üçün dəstək verərək diş çatışmazlığı olan insanlarda estetika, danışma və çeynəmə funksiyalarının təmin olunmasında ideal müalicə şəkli olduğunu önə çəkib.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz”. (Qurani-Kərim, “Muminun” surəsi, 78-ci ayə)
“Uca Allah qullarına onlara əta etdiyi nemətləri haqqında xəbər verərək, onların insanları Allaha minnətdarlıq etməyə və Onun qarşısında vəzifələrini qüsursuz yerinə yetirməyə həvəs oyatdığını bildirir.
Sizin təşəkkürünüz Allahın sizə fasiləsiz olaraq əta etdiyi bol-bol nemətlərlə müqayisədə necə də azdır!” (Bax: “Təfsir Əs-Saadi”)