Dünyanın ən təhlükəli xəstəlikləri
5. 003 dəfə baxılıb
Beynəlxalq Səhiyyə Təşkilatı dünyanın ən təhlükəli 12 xəstəliyini açıqlayıb. Onu da deyək ki, siyahıda 1-ci tənəffüs yolları xəstəlikləri yer alıb.
Son iki ildə sürətlə yayılan və hazırda bəşəriyyətin qorxulu yuxusuna çevrilən ebola üzündən Beynəlxalq Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən bu günə qədər 4 min 493 insan həyatını itirib və 8 min 997 nəfər isə bu xəstəliyə yoluxub.
Buna baxmayaraq, “Fokus” jurnalında yer alan bir xəbərə görə, ebola dünyanın ən təhlükəli ilk on xəstəliyi siyahısında yer almır.
“Sələf Xəbər” Haber7.com-a istinadən insanların ən çox qorxması gərəkən Beynəlxalq Səhiyyə Təşkilatının dünyanın ən təhlükəli ilk on iki xəstəliyinin siyahısını təqdim edir:
Tənəffüs yolları xəstəlikləri
Adətən, ağciyər iltihabı ən çox təsadüf edilən ölümcül yoluxucu xəstəlikdir. İldə əksəriyyəti uşaq və yaşlılar olmaqla, təxminən, 4 milyon insan bu xəstəlikdən həyatını itirir.
QİÇS
Statistikaya görə, ildə 3 milyon insanın həyatını itirdiyi bu xəstəlik yüksək sürətlə davam etməkdədir.
İshal xəstəlikləri
Ən çox təsadüf edilən vəba, qarın yatalağı və dizenteriya kimi ishal xəstəlikləri, xüsusən uşaqları öldürür. 1996-cı ildə ölüm sayı 3 milyon olan bu xəstəlik günümüzdə, sadəcə, bir milyon azalıb.
Vərəm
Dünyada ildə 1 milyon 600 min nəfər vərəmdən ölür. Xüsusilə, siqaret çəkənlərin bu xəstəliyə yaxalanma təhlükəsi çox yüksəkdir.
Malyariya
Dünyanın ən təhlükəli infeksiyon xəstəliklərindən biridir. Əgər müalicə edilməzsə, xəstənin heç bir həyat şansı yoxdur. Kiçik bir milçək dişləməsi ölümcül ola bilir. Bu tropik xəstəlik dünyada ildə 1 milyon insanın ölümünə səbəb olur.
Qızılca
Əslində, zahirdə peyvəndi olan zərərsiz bir uşaq xəstəliyi kimi görünür. Lakin buna baxmayaraq, ildə 1 milyon insan bu xəstəlik üzündən həyatını itirir. Bir çox uşaqda qızılca səbəbindən yaranan beyin iltihabı ölümlə nəticələnir.
Yuxu xəstəliyi
Yalnız tropik Afrikada görünən və çeçe milçəyinin dişləməsi ilə yoluxan yuxu xəstəliyi (Tripanozomiya) ildə 500 min nəfərin ölümünə səbəbdir.
Tetanus (donuxma)
Peyvənd olunmasına baxmayaraq, bu xəstəlik üzündən dünyada ildə 300 min insan həyatını itirir. Bu xəstəliyin ən acı tərəfi də ölənlərin əsasən körpələr olmasıdır.
Göy Öskürək
Xüsusilə, yeni doğulmuş körpələr bu xəstəliyə tutulurlar. “Bordetella pertussis” bakteriyasının yol açdığı bu xəstəlik yuxarı tənəffüs yollarına təsir göstərir. Dünyada bu xəstəlikdən ildə, təxminən, 300 min nəfər həyatını itirir.
Miningit, Gepatit, Sifilis
Dünyada ildə 160-la 300 min arası insan bu üç xəstəlik üzündən (menenjit, Gepatit və sifilis) həyatını itirir.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ey Allahın qulları, müalicə olunun! Allah bir xəstəlik göndərmişsə, şübhəsiz, arxasınca müalicə yolunu da göstərmişdir. Bircə xəstəliyin müalicəsi yoxdur, o da qocalıqdır”. (Əbu Davud, Tibb 1; Tirmizi, Tibb 2; İbn Macə, Tibb 1)