Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Əl tərləmələri ürəyin siqnalı ola bilərmi?

Aprel 22
21:05 2015

Tərləmənin müalicəsinə başlanmadan əvvəl bunun səbəbi araşdırılmalıdır.

Tərləmək insan üçün normal haldır və tərləməyən insanlar toksinləri bədənlərində toplamış olur. Bu isə orqanizmin yüklənməsinə, dəri təravətinin itirilməsinə səbəb olur. Lakin elə hallar olur ki, məhz bu zaman tərləmək heç də sağlamlıq üçün göstərici olmur. Bəzən tər insan bədənində hər hansı bir problemin siqnalı kimi özünü göstərir. Belə olan halda, artıq tərlə mübarizə aparmaq deyil, onun səbəblərini axtarmaq lazımdır.

“Sələf Xəbər” Ekspress.az-a istinadən bildirir ki, zob, köklük, böyrəküstü vəzlərin iltihabı, şəkər, infarkt, xərçəng, psixoloji narahatlıqlar, ürək qüsurları və bir sıra xəstəliklər zamanı artan tərləmə ilkin simptom olaraq insanı xəbərdar edir. Bu cür tərləmə normadan artıq və qarşısı alınmaz olduğu halda mütləq müayinə gərəkli olur. Sağlam orqanizmdə tərləmə miqdarı insanı narahat etməyəcək qədər olmalıdır. Əks təqdirdə, diqqətli olmaqda fayda var.

Bu gün insanların əksəriyyətində əl tərləmələri var. Bu cür tərləmələr o halda normal hesab edilir ki, tər dərinin üst təbəqəsini sadəcə nəmləndirir. Toxunulan əşyalarda su damcılarının qalması, əli salfetlə sildikdə salfetin islanması, eləcə də tərin əlləri üşüdəcək qədər artması xəstəlik xəbərçisidir. Əllərin bu cür tərləməsi zamanı mütləq həkim müayinəsindən keçmək lazımdır.

Dermatoloq Sahib Rzayevin sözlərinə görə, həddindən artıq tərləmək tər vəzilərinin normadan artıq işlək olmasının göstəricisidir. Bunun altında isə mütləq bir səbəb yatır: “Tərləmə miqdarı insandan insana dəyişir. Elə bədən var ki, tam sağlamdır, lakin normadan çox tərləyir. Bu, artıq fizioloji haldır və şəxsin müalicə alıb-almaması öz seçimidir. Bu müalicə artıq xəstəlik qarşısı almaq üçün edilmir. Tər vəzilərinin işləklik funksiyasını azaltmaq üçün prosedurlar həyata keçirilir”.

Həddindən artıq tərləmə olaraq bilinən hiperhidrozisin səbəbləri tam olaraq bilinməməklə yanaşı, ümumiyyətlə, genetik olduğu qəbul edilir. Hiperhidrozis bir növ tər vəzisinin həddindən artıq işindən və ya problemli olan bölgədə çoxlu miqdarda tapılmasından qaynaqlanır. “Hiperhidrozisi olanlar çox tərləyirlər. Xüsusilə, həddindən artıq stresli vəziyyətlərdə sinir sisteminin simpatik hissəsinin həddindən artıq işləməsi ilə tər ifrazatı artır. Hər 100 adamdan biri həddindən artıq tərləmədən əziyyət çəkir”,- deyərək bildirib.

Dermatoloqun sözlərinə görə, tərləmənin müalicəsinə başlanmadan əvvəl bunun səbəbi araşdırılmalıdır. Əks halda, tərləmələr davam edəcək və zaman keçdikcə daha da artacaq. Bu isə şəxsin narahat olması ilə yanaşı kompleksin yaranması, psixoloji problemlərin də meydana gəlməsinə səbəb olacaq: “Hiperhidrozis elə bir haldır ki, müalicəsiz keçmir. Vəziyyətin daha da ağırlaşmaması üçün müalicələr erkən başlanmalıdır. Pnevmoniya, müxtəlif infeksiyalar, revmatizm, xərçəng xəstəliyi zamanı xəstə havanın temperaturundan asılı olmayaraq çox tərləyir. Ağciyər vərəmi zamanı xəstələr gecə saatlarında güclü tərləyirlər. Təbii ki, bu simptomla yanaşı, insanda xəstəliyin digər simptomları da meydana çıxır. Bu səbəbdən tərləmənin nədən yarandığını bilib elə müalicə almaq daha faydalıdır”.

Bəzən heç bir ciddi xəstəliyi olmayan insanlarda da hiperhidroz müşahidə olunur. Əksər hallarda belə insanlarda üz, qol bükümü nahiyələr, əllər və ayaqlar güclü tərləyir. Bu, insanın sağlamlığına heç bir ciddi ziyan vurmasa da, psixoloji kompleksin yaranmasına səbəb olur, insanlarla ünsiyyətdə, işdə və ailədə problemlər yaradır. Tərləmədən qorxan insan daha güclü tərləməyə başlayır.

Mütəxəssis deyir: “Tərə qarşı olan vasitələr, təbii ki, əllər və üz üçün uyğun gəlmir. Bundan əlavə, bəzi elmi müşahidələr sübut edir ki, bu vasitələrin tərkibində olan alüminium böyrəklərə mənfi təsir edir, qadınlarda süd vəzi xəstəliklərinə təkan verə bilər, hətta onkoloji xəstəliklərinin riskini artırır və s”.

Psixoloq Emil Behrudi söyləyir ki, tərləmə insanda yarana biləcək ən təhlükəli komplekslərdən biridir: “Çünki bu kompleks insanı vadar edir ki, cəmiyyətdən uzaqlaşsın, toplu insan olan məkanlardan çəkinsin, daim özünə nəzarət və inamsızlıq ilə həyat sürsün.

Təbii ki, bu cür özünə diqqət və narahatlıq bir müddət sonra insanı mənən yorur və özünə qapanma halları baş qaldırır. Tərləmə psixoloji amillərdən irəli gəlirsə, yoqa, meditasiya kim sakitləşdirici idman hərəkətləriylə hisslərinizi cilovlaya və tərləmənin azalmasına kömək edə bilərsiniz. Lakin tərləmə özü psixoloji pozuntu yaradırsa, artıq tərləmənin səbəblərini araşdırmaq lazımdır. Əgər heç bir səbəb yoxdursa, hazırda kosmetoloji salonlarda tərin qarşısını almaq üçün keçirilən prosedurlardan istifadə etmək mümkündür”.

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ey Allahın qulları, müalicə olunun. Çünki Allah-Təala qocalıqdan başqa dərmansız heç bir xəstəlik verməyib”. (İbn Macə)

Digər xəbərlər

ARXİV

Dekabr 2024
M T W T F S S
« Feb    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031